
Məlum olduğu kimi, qadınlar arasında sonsuzluq, daxili cinsiyyət orqanlarının iltihabı, xüsusən də, şiş və şişəbənzər xəstəlikləri daha çox təsadüf olunur. Bu xəstəliklərin, əsasən də, bədxassəli şişlərin və şişəbənzər törəmələrin erkən aşkar olunması, düzgün diaqnostikası və müalicənin vaxtında aparılması vacibdir. Hazırda bu məqsədlə çoxsaylı diaqnostik üsullar, o cümlədən palpasiya (əlləmə), perkussiya (taqqıldatma), auskultasiya (qulaqasma), zondlama, qaşıma, rentgen, endoskopik, histoloji, laborator mövcuddur. Doğrudur, qeyd olunan üsullardan istifadə etməklə heç də həmişə xəstəliyə dəqiq və vaxtında düzgün diaqnoz təyin etmək mümkün olmur. Bu isə xəstəliyin aşkarlanmasını gecikdirir və onun gedişinin daha da ağırlaşmasına, fəsadlaşmasına və bəzən də onun həyatdan vaxtsız getməsinə səbəb olur. Odur ki, xəstəliyin vaxtında aşkar olunub, düzgün diaqnostikası və müalicəsi xüsusi həyatı əhəmiyyət kəsb edir. Bu isə tətbiq olunan üsuldan çox asılıdır.
Son zamanlar qadınlarda daxili cinsiyyət orqanlarının, o cümlədən də, sidik kisəsi və düz bağırsaq xəstəliklərinin təyinində tətbiq olunan ultrasəs müayinəsi bu təlabatı, demək olar ki, ödəyir. Kiçik çanaq orqanlarının inkişaf anomaliyalarının, xəstəliklərinin, xüsusən .....