27-28 iyul tarixində İran İslam Respublikasının Təbriz şəhərində “ Səhiyyə turizmi “ mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. İran, İraq, Türkiyə və Azərbaycan Respublikalarından dəvət olunmuş 500-dən çox həkim və turizm şirkəti nümayəndələrinin iştirak etdiyi həmin konfransda ”Ömür” klinikasını klinikanın direktoru, ali dərəcəli həkim-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Gülnara Sultan qızının rəhbərliyi ilə 5 nəfərlik həkim heyəti təmsil etmişdir.Gülnara Sultan qızının konfransda “Sonsuzluq probleminin aradan qaldırılmasında “Ömür” klinikasının xüsusi sanator-kurort müalicəsi “ mövzusundakı çıxışı iştirakçılar tərəfindən diqqətlə dinlənilərək böyük marağa səbəb olmuşdur.
“Səhiyyə turizmi” movzusunda Beynəlxalq elmi konfrans.
“Səhiyyə turizmi” movzusunda Beynəlxalq elmi konfrans.
“Səhiyyə turizmi” movzusunda Beynəlxalq elmi konfrans.