Ailə cütlüyü üzvlərində ən əsas klinik müayinələrdən biri cinsi yolla keçən infeksiyalardır. Virus infeksiyalar vaxtında müalicə olunmazsa o xroniki gizli formaya keçərək bir sıra fəsadlar törədə bilər; sidik yollarının və cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri, kişilərdə prostatit, impotensiya, sonsuzluq və s.
Ailə cütündə bir bir üzvündə hər hansı infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müayinələrdən keçməli və müalicə olunmalıdır.
Sidik cinsiyyət yollarının infeksiyaları urogenital infeksiya adlanır. Ömür klinikası urogenital test vasitəsilə infeksiyanın növü və antibiotikə həssaslığı təyin olunur.
İnfeksiya növü müəyyənləşdikdən sonra ona uyğun spesifik müalicə aparılır. Müalicə ənənəvi (medicamentoz) qeyri-ənənəvi üsullarla aparılır. Qeyri ənənəvi üsul medicamentoz terapiyanın effektinin artmasına və orqanizmin müqavimətini artıraraq immun sistemin aktivləşməsinə nail olur. Hamilələrdə virus infeksiyalara qarşı fəqli və fərdi yanaşma lazımdır. Məhz Ömür klinikasında hamilələrdə virus infeksiyalar müəyyənləşdikdə xüsusi proqram üzrə dölə heç bir terafagen (zərərverici) təsir etməyən müalicə tətbiq olunur. Hamiləliyin dinamikasını izləmək üçün hər bir hamilə qadın qadın məsləhətxanasında nəzarətdə olmalıdır. Nigahdan öncə hər bir ailə cütünün profilaktik olaraq virus infeksiyaların müayinəsindən keçməyi vacibdir. Ömür klinikası bu virus infeksiyaların vaxtında aşkarlanması və müalicəsi üçün Cek up müayinəsindən keçməyi məsləhət görür.