Boy uşağın sağlamlıq vəziyyətini xarakterizə edən əsas kriteriyadır. Boydan geri qalma-heterogen vəziyyətdir. Boyun kişilərdə 130 sm., qadınlarda 120 sm.-dən aşağı olması boydan geri qalma hesab edilir. Boyun və çəkinin geri qalması endokrin sistemdə və ümumiyyətlə, orqanizmdə baş verən bir çox patoloji vəziyyətlərdən xəbər verir.
Bədən kütləsinin və boyun artması uşaq həyatının ilk 1-ci ilində intensiv baş verir. Sonrakı illərdə müvafiq templə artır. 2-ci sürətli artım yetişkənlik dövrünə təsadüf edir. Bu dövrdə qız uşaqlarında oğlanlara nisbətən bədən kütləsi və dəri altı piy təbəqəsinin artması daha tez baş verir (menstruasiyanın başlaması ilə əlaqədar olaraq).
Uşaqların boy inkişafında 3 mərhələ ayırd edilir:
I mərhələ- doğulan andan 2 yaşa qədər. II mərhələ-uşaqlıq dövrü. III mərhələ- cinsi yetişkənlik dövrü.
Bütün bunları nəzərə alaraq şikayətlərin eyni-yəni, boydan geri qalma olmasına baxmayaraq, müayinə və müalicə planı hər yaş dövrü, bəzən hər bir uşaq üçün fərdi seçilir.
Ömür klinikasında uşaqlarda çəki problemi də xüsusi müayinə və müalicə proqramı əsasında aradan qaldırılır.İstər boy, istərsə də çəki problemi vaxtında müalicə olunmasa, bir sıra patologiyalarla yanaşı uşaqlarda kompleks, özünə qapanma və s. yarada bilər.