• Enurez – gün ərzində, vaxtdan asılı olmayaraq qeyri-iradi sidik ifrazıdır.
• Sidik kisəsinin boşalmasına nəzarətin olmaması isə birincili enurez sayılır.
Gecə enurezi- uşaq yuxuya gedendən sonraki ilk 90 dəqiqə ərzində baş verən qeyri-ixtiyarı sidik buraxmaya deyilir. Bu zaman uşaq yuxuda olduğundan sidik ifrazina nəzarəti itirir və yerini isladır.Belə uşaqlar əsəbi, gərgin, kompleksli olurlar. Bu hal 3 yaşa qədər ciddi bir problem sayılmasa da, qız uşaqlarında 4 yaşdan, oğlan uşaqlarında 5 yaşdan gec olmayaraq müalicəyə başlanmalıdır. Müalicənin nəticəsi kicik yaşlı uşaqlarda boyük yaşlara nisbətən daha effektlidir.
Səbəbləri:
Orqanik səbəblər – sidik cıxarıcı orqanların inkişaf qüsurları, sidik yollarının infeksiyaları, şəkərli və şəkərsiz diabet, sidik kisəsinin innervasiya pozğunluqları və s.
Funksional səbəblər- sidik kisəsi requlyasiya mexanizmlərinin funksional yetişməzliyi, yuxu pozğunluqları (bərk yatma), sidik kisəsi həcminin funksional yetərsizliyi, qəbizlik (sidik kisəsi həcmini funksional olaraq azaldır), emosional stresslər, məktəbli nevrozu və s. Enurezi daha çox yaradan səbəblərdən biri nevrozlardır. Stress baş-beynin böyük yarımkürələrinin qabıq qatının normal fəaliyyətini korlayır, bu da öz növbəsində sinir sisteminin yüklənməsinə, nəticədə sidik ifrazına nəzarətin pozulmasına gətirib çıxarır.
Düzgun diaqnoz qoymaq və müalicə taktikasını seçmək uçun enurezi yaradan səbəblər dərindən araşdırılmalı və hər bir xəstəyə onun xəstəliyinə uyğun fərdi müalicə taktikası seçilməlidir. Ömür klinikasında aparılan xüsusi müayinə planından sonra müalicə fizioterapiya üsullarının tətbiqi ilə birlikdə enurez problemi və xəstəliyi törədən səbəblər aradan qaldırılmaqla həyata keçirilir.