Qanda şəkərin miqdarının ac qarına 6.1 mmol/l-dən çox, qida qəbulundan 2 saat sonra isə 11.1 mmol/l-dən çox olması şəkərli diabet adlanır.
Şəkərli diabetin yaranma səbəbləri:
• İrsi meyillik
• Piylənmə
• Arterial hipertenziya
• Az hərəkətli həyat tərzi
• Qidanın şəkərlə zəngin olması
Şəkərli diabetin simptomları:
• Sidiyə getmə hallarının artması
• Həddən çox yemək
• Arıqlama
• Ümumi zəiflik
Şəkərli diabetin ağırlaşmaları:
• böyrəklərdə pozğunluq
• gözdə dəyişikliklər
• sinirlərdə dəyişikliklər
• xırda və böyük damarlarda dəyişikliklər
• Diabetik pəncə, yəni aşağı ətraflarda gözlə görünən və görünməyən dəyişikliklər.
Ömür klinikasında şəkərli diabet xəstələrinin müayinə və müalicəsi xüsusi proqram əsasında aparılır. Şəkər xəstəliyi müalicə olunmayanda göz, böyrəklər və sinir sisteminin fəaliyyətini, həmçinin, qan dövranını pozur. Qan yaxşı işləmədiyindən belə xəstələrin ayaq-larında tromblar əmələ gəlir, piyada gəzərkən tez yorulma, şişkinlik halları olur. “Ömür” klinikası bu problemdən əziyyət çəkən pasientlərə ozonterapiya, zəliterapiya, eliksirterapiya və digər kompleks müalicə-lərlə yanaşı ozon torbaları da təklif edir. Ozon qan dövranının yaxşı-laşmasına kömək edir, nəticədə ağrılar və şişkinlik azalır. Şəkərli xəstələr tez-tez, lakin az miqdarda, gündə 5 dəfə qidalanmalı, fiziki aktiv olmalı, gündə ən azı 30 dəqiqə piyada gəzməlidirlər.