Hazırda gənc qızlar və gadınlarda aybaşı pozğunluğu, tüklənmə, kökəlmə kimi şikayətlər artmışdır.Buna səbəb orqanizmdə gedən maddələr mübadiləsi və hormonal statusda baş verən dəyişikliklərdir. Mübadilə və hormonal pozğunluqlar nəticəsində doğuşdan və ya pozulmuş hamiləlikdən sonra yaranan piylənmə, aybaşı önü sindrom, yumurtalıqların polikistozu, hiperprolaktinemiya(qanda prolaktin hormonunun miqdarının artması), hiperandrogeniya(qanda testesteronun, DHEA-nın miqdarının artması), amenoreya(aybaşının 6 ay və daha uzun müddətə olmaması), klimakterik pozğunluq və s. kimi patologiyalar yaranır. Bunların içərisində ən çox təsadüf ediləni yumurtalıq polikistozudur. Yumurtalıqların polikistozu – endokrinoloji ginekologiyada ilk məlum olan və öyrənilən xəstəlikdir. Bu zaman yumurtalıqlarda androgenlərin miqdarı artır, follikulogenez prosesi pozulur, neyroendokrin pozğunluq kimi daimi anovulyasiya(ovulyasiyanın olmaması), hipertrixoz-tüklənmə, piylənmə baş verir.
Yumurtalıqların polikistozu birincili və ikincili olur. Birincili-yumurtalıqların polikistoz xəstəliyi – Şteyn-Levental sindromudur. Bu zaman USM-də yumurtalıqların ölçülərinin böyüməsi (2-6 dəfə), çoxlu atreziya olunmuş follikulların və kapsulasının qalın olması müşahidə edilir. Şikayətlərin aybaşı pozğunluğu, əsasən də, qısa və ya az aybaşı, kökəlmə-qarın və çiyin nahiyyəsi, üzdə, çənəaltı nahiyyədə süd vəzilərinin ətrafında qarında ağ xətt nahiyyəsində tüklənmə və tüklərin codlaşmasındandır. Bu cür qadınlarda aybaşı 12-13 yaşlardan başlasa da, ancaq müalicə almasa tsikl düzəlmir. İkincili polikistoz xroniki anovulyasiyanın nəticəsidir.Yəni follikullarda ovulyasiya prosesi getmir.Bunu hiperprolaktinemiya,hiperandrogeniya yaradır.Yumurtalıqların polikistozunun müalıcəsində hormonal preparatlardan istifadə olunur,bəzən isə cərrahi müdaxilə-yumurtalıqların pazvari rezeksiyası aparılır.Bu müalicələrin hər ikisi adətən müvəqqəti olur,yəni müəyyən müddətdən sonra yumurtalığın strukturu və funksiyası əvvəlki vəziyyətinə qayıdır.Adətən dərmandan asılılıq yaranır.Yəni ancaq hormonal preparatların qəbulundan sonra aybaşı olur.”Ömür klinikasında”yumurtalıqların polikistozunun müalicəsində xüsusı müalicə proqramı tətbiq olunur.Buna əsasən fizioterapevtik müalıcə daxil edilmişdir.Ona görə də klinikamıza aybaşı pozğunluğu,piylənmə,tüklənmə,ən əsası da sonsuzluqla müraciət edən pasiyentlərimizin əksəriyyətı müalicənın yüksək effektliyi nəticəsində problemlərindən azad olurlar və reproduktiv sağlamlıqları bərpa olunur.Müalicədən sonra yeniyetmə qızlarda aybaşı funksiyası,bədən çəkisi normallaşır,artıq tüklənmə halları baş vermir.Sonsuzluqla müalicə alan xəstələrımizdə isə hamiləlik baş verir.