Başı ağrımayan insan sayı çox azdır. Hər kəs həyatının bir dönəmində baş ağrısından şikayət edir. Miqren həyatı təhtid edən təhlükəli bir xəstəlik deyildir. Ataklar (tutmalar) 4 saat ilə 72 saat arasında dəyişə bilir. Bu ataklar (tutmalar) zamanı baş ağrısıyla yanaşı, ürəkbulanma, qusma, normal işıq və səsdən rahatsız olma və s. kimi şikayətlərə rast gəlinir.
Miqren tutmalarını artıran faktorlar:

- Yuxusuzluq və ya həddindən artıq yatmaq
- Bəzi yemək və içəcəklər, kofe, şərab, şokalad və s.
- Xarici faktorlar (işıq, pis qoxu, yorğunluq, hava dəyişikliyi)
- Baş və boyunda ağrılar (göz, boyun, diş ağrısı və s.)

Müalicəsi – Farmokoloji və fizioterapevtikdir

Həsənova Lamiyə
həkim-nevropatoloq