“Piylənmə" orqanizmə piyin artıq yığılması ilə xarakterizə olunan, diqər system və orqanların ciddi ağirlaşmasına gətirib çixaran maddələr mübadiləsinin xroniki xəstəliyidir. Bu gün dünyada 1.7 milyard insan piylənmədən əziyyət çəkir. Proqnozlara görə 2025-ci ildə kişilərin 40%-i və qadinların 50%-i dünyada piylənmədən əziyyət çəkəcəklər.14 yaşa qədər artiq çəkili uşaqların sayı hər il 7% artır. İlkin və ikincili piylənmə qeyd olunur . İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır. İkincili piylənmədən ən çox rast gəlinəni tireogen yəni hipotireoz zamanı qalxanabənzər vəzin hipofunksiyası ilə əlaqədar meydana çıxan piylənmədir. Daha sonra ən çox rast gəlinən hipofizin ön payının şişi zamanı yaranan piylənmədir.
Piylənmənin bütün növlərində rast gəlinən ümumi simptom artiq çəkidir. Artıq çəkini qiymətləndirmək üçün BKİ- Bədən kütlə indeksindən istifadə olunur. Bu bədən çəkisinin kiloqramla göstəricisinin boyun kvadrat metrlə göstıricisinə olan nisbətidir. Normal göstərici 20-24.9-dur. 25-dən yüksək göstərici artiq çəki və müvafiq olaraq piylənmə dərəcəsini göstərir.
Artiq çəki və piylənmə bir çox xəstəliklərin yaranmasına gətirib çixarır:Ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz,ürəyin işemik xəstəliyi, miokard infarktı, hipertoniya, hiperlipidemiya, şəkərli diabet ,beyin qan dövranının kəskin pozğunluqları,aşağı ətraf venalarının varikoz xəstəliyi,oynaq xəstəlikləri, öd daşı xəstəliyi ,onkoloji xəstəliklər, düz bağırsaq və yoğun bağırsağın xərçəngi, qadınlarda uşaqlıq, süd vəzisi, yumurtalıq xərçəngi, kişilərdə prostat vəzin xərçəngi,tənəffüs sisteminin xəstəlikləri,qan xəstəlikləri,dəri xəstəlikləri,psixoemosional pozğunluqlar,cinsi pozğunluqlar,sonsuzluq və sairə.
Cox saylı təcrübələrin nəticələrinə görə çəkinin 10 faiz azalmasi piylənmənin ağırlaşmalarından yaranan ölüm faizini 30faiz azaltmış olur. Ürək damar sistemi xəstəliyinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də piylənməinin visseral və yaxud mərkəzi tipdə olmasidir.Bu zaman piy qarın nahiyəsində daha cox toplanmış olur. Qarın tipli piylənmə qanda piy fraksiyalarının yəni xolesterin və aşağı sıxlıqlı lipoproteinlərin artması, qoruyucu lipid hesab olunan yüksək sıxlıqlı lipiproteinlərin azalması eyni zamanda qan təzyiqinin yüksək olmasi və şəkərə tolerantlığın azalması ilə birlikdə rast gəlinərsə bu metabolik sindrom adlanır və ürək damarlarında aterosklerotik dəyişikliklərin, damar daralmalarının və hətta damarların tam tutulma hallarının artırmasına səbəb olur. Piylənmə ilə mübarizə zamanı nəzərə almaq lazımdır ki, həkim nəzarəti olmadan kəskin pəhrizlərlə çəkinin qısa müddətə azaldılması miokardın yəni ürək əzələsinin distrofiyasına və hətta atrofiyasına səbəb ola bilər ki, bu isə QT intervalının uzanmasına, həyat təhlükəli ritm pozğunluqlarına və hətta qəfləti ölümə səbəb ola bilər.Ona görə də piylənmənin müalicəsi zamanı metobolizmin hansı səviyyədə pozulması, yanaşı xəstəliklər araşdırılmalı və individual olaraq artıq çəki ilə mübarizə planı tərtib olunmalıdır. Ömür klinikasında bunun üçün çəkini tədricən, orqanizmə zərər vermədən azalmasına və alınan nəticələrin uzun muddət saxlanılmasına yönələn xüsusi müalicə planları işlənib hazırlanmışdır. Burada ənənəvi və qeyri-ənənəvi müalicələrin kompleks şəkildə tətbiq edərək hər bir xəstə üçün fərdi olaraq müalicə sxemi tətbiq olunaraq yüksək nəticələr əldə olunur.
Aynur Baxışəliyeva
həkim-kardioloq,
terapevt