Tibb üzrə fəlsəfə doktoru Gülnara Sultan qızı "Ömür" klinikasının direktoru, ali dərəcəli həkim ginekoloq USM mütəxəssisiGinekologiyada ən böyük problemlərdən biri dünyaya gələcək körpədə ehtimal olunan qüsurların və xəstəliklərin öncədən aşkar edilməsidir. Hamiləliyin daha kiçik müddətində dölün inkişaf qüsurları və patologiyaları haqqında əvvəlcədən informasiya almaq isə hamiləliyin saxlanması və ya pozulması kimi məsuliyyətli bir qərarın qəbul edilməsində böyük rol oynayır. Məhz Azərbaycanda ilk dəfə “Ömür” klinikasında tətbiq edilən 4D rejimli “VOLUSON-730” aparatı dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. Yəni, bu aparatla aparılan müayinə zamanı dölün xarici görünüşündəki deffektlər, ətrafların deformasiyası, barmaqların sayı, dovşandodaqlıq, qurdağızlıq, eyni zamanda beyindəki qüsurlar aşkar edilir. Bir sözlə, 4D rejimli aparat təkcə anaların sağlamlığına deyil, körpələrin sağlam doğulmasına da zəmanət verən əvəzsiz müayinə metodudur.