Pediatrik xidmətin qarşısında duran ən mühüm vəzifə bütün yaş qruplarında xəstələnmə və ölüm hallarını azaltmaqdır. Uşaqların fiziki və sinir-psixi inkişafının normal getməsi üçün müvafiq müayinə və müalicə sxemlərinin hazırlanması, profilaktik müayinələr, müayinələrə ailənin digər üzvlərinin cəlb olunması ( qurd xəstəlikləri, hiperxolesterinemiyalar-piylənmə, endokrin xəstəliklər və s.) uşaq və ailə problemləri mərkəzinin işinin əsasını təşkil edir. Yəni, ailədə valideynlərin hər hansında müəyyən bir xəstəlik varsa, bu hal uşaqların da xəstə olmasına zəmin yaradır. Boy və çəkidən geri qalma, allergik xəstəliklərin müxtəlif növləri, bronxial astma, dəri xəstəlikləri, mədə-bağırsaq traktının funksional və orqanik tipli xəstəlikləri mərkəzin həkimləri tərəfindən müalicə olunur ( ənənəvi və qeyri-ənənəvi müalicə üsulları vasitəsilə).