1954-cü ildə Bakıda anadan olub. 172 saylı orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olub. Həkim kimi ilk əmək fəaliyyətinə Gədəbəy rayon mərkəzi xəstəxanasında başlayıb. Baş həkimin müalicə işləri üzrə müavini işləyib. 1983-1985-ci illərdə Moskva şəhər Cərrahiyyə elmi Mərkəzində Endoskopiya ixtisası üzrə klinik ordinatura keçib. 1989-cu ildə həmin mərkəzdə tibb elmləri namizədlik dissertasiyasını müdafiə edib. Respublikamızın müxtəlif Elmi-Tədqiqat İnstitutlarında kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. M. Topçubaşov adına Elomi-Tədqiqat Klinik Təbabət İnstitutunda endoskopiya şöbəsinin müdiridir. Qastroentoloji endoskopiya sahəsində 20 mindən çox müayinə aparmışdı.
40-dan çox elmi məqalənin, səmərələşdirici təklifin müəllifi B. Sadıqov "Ömür" klinikasında da endoskopiya müayinəsi ilə məşğul olur.