EEQ-elektroensofaloqramma müayinə metodu olub nevrologiyada geniş tətbiq olunur. Böyük beyin yarımkürələri biotokların köməyi ilə qıcıqlandırılır və müxtəlif yazı əyrilikləri, xüsusi aparat vasitəsi ilə kompüterə köçürülür. Bu aparat elektrensofaloqraf adlanır. EEQ-nin köməyi ilə nevrologiyada bir çox xəstəliklərə diaqnoz qoyulur ki, bu da müalicədə çox əhəmiyyətlidir. Bu metod vasitəsi ilə damar patologiyaları, iltihabi proseslər, beyin travmaları, travmadan sonra kı çapıqlar, çapıqların törətdiyi fəsadlar və nəhayət həcimli proseslər tam dəqiqliyi ilə təsvir olunur. EEQ-dən ən çox epilepsiya xəstəliklərinin diaqnozunda istifadə olunur. Bildiyimiz kimi epilepsiya xəstəliyinin səbəblərindən ən çoxu beyin travmaları ilə əlaqədardır. Travmanın növü (anadangəlmə və ya qazanəlma) təyin olunur. Travmadan sonrakı çapıq dəqiqliyi ilə görünür. Nevropatoloqun müalicəsində onun böyük əhəmiyyəti var. Bundan başqa beyində iltihabı proseslər (araxnaidit, ensefalit, beyin apsisləri) haqqında məlumatlar tam dəqiqliyi ilə nevropatoloqa təqdim olunur. Ən vacibi isə beyindəki həcimli proseslərin diaqnostikasıdır ki, bu diaqnozun erkən qoyulması xəstəliyin vaxtında aşkar olunub müalicə edilməsinə imkan yaradır.