Əliyev Əfrasiyab Yəhya oğlu 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1986-87-ci ildə 4 №-li şəhər klinik xəstəxanasında internatura keçib. 1987-ci ildə Culfa rayon mərkəzi xəstəxanasında əmək fəaliyyətinə başlayıb və həmin ildə Ordubad rayonunda həkim ambulatoriyasına müdir təyin olunub.
1992-ci ildə Bakı şəhərinə köçmüş və təcili tibbi yardım stansiyasında işləməyə başlamışdır.
Ə.Y.Əliyev 2005-ci ildən “Ömür” klinikasında işləyir, 2006-cı ildən klinikanın hidrokolonoterapiya mərkəzinə rəhbərlik edir.