Bu adda müalicə üsulunu heç bir nə elmi, nə də kütləvi ədəbiyyatda rast gəlinmir desək, yanılmarıq. “Eliksir” sözü bizim leksikona hətta eramızdan əvvəl gəlib və ərəb dilindən tərcümədə “ƏL-İKSİR” – fəlsəfə daşı (müdriklik daşı) deməkdir. Orta əsr əl-kimyaçıları isə ixtira etdikləri müxtəlif məlhəmlərə bu adı vermişdilər ki, onun tərkibini, əsas etibarı ilə, bitkilərin müxtəlif hissələrinin dəmləmələri, həlimləri, cövhərləri təşkil edirdi. Bu məlhəmlər uzunömürlülük və sağlamlıq cövhəri sayılırdı.
“Ömür” klinikasının fəaliyyətə başladığı ilk günlərdən tətbiq olunan bu müalicə vasitəsinin mahiyyətini fitoterapiya təşkil edir. Onun “eliksir” adlandırılması təşəbbüsü isə məhz bu müalicəni keçib şəfa tapan pasientlərə məxsusdur.
“Ömür” klinikasının müayinə-müalicə prinsipləri qəbul olunmuş ümumi qaydalardan kəskin şəkildə fərqlənir. Eliksiroterapiyanın əsasını bitkilərin müxtəlif hissələrinin dəmləməsi təşkil etsə də, fərdi tərkibdə hazırlanan bu məlhəm pasientlərin kompleks müayinəsinin nəticələrinə əsaslanır.
Əhali arasında belə qənaət var ki, “türkəçarədirsə”, onu müayinə olunmadan tətbiq etmək olar. Yəni adi otların dəmləməsi insana heç bir zərər yetirə bilməz. Təəssüflə qeyd etməliyəm ki, hətta adi hesab etdiyimiz, itburnu dəmləməsini belə yalnız müayinə olunduqdan sonra qəbul etmək olar. Masaçusas Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar bu qənaətə gətirib çıxarıb ki, nəinki itburnu dəmləməsi, C vitamini tərkibli hər hansı maddə və mayenin qəbulu böyrəkdə və sidik kisəsində toplanan oksalat kristallarının sıxlığını və sərtliyini artırır. Bu səbəbdən sidiyin ümumi klinik müayinəsi mütləqdir. Eynilə başqa orqanlarda aşkarlanan metabolik pozğunluqların aradan qaldırılması məqsədilə “minimum müayinə paketi” adlanan diaqnostik üsullara müraciət etmək vacibdir.
Bildiyimiz kimi, orqanizmdə zülal, lipid, karbohidratların və s. mübadiləsi normal metabolik proseslərin əsasını təşkil edir. Bu proseslərin hansı səviyyədə pozulmasından asılı olaraq, müxtəlif orqanlar zədələnir və bu özünü müxtəlif simptomlarla birüzə verir. Pasientlər “Ömür” klinikasına fərqli şikayətlərlə müraciət etsələr də, klinkanın təcrübəsinə əsaslanaraq bunu deyə bilərəm ki, praktiki olaraq hamısında USM zamanı qaraciyərin, ən azı, müxtəlif dərəcəli struktur dəyişikliyi aşkar olunur. Klinikanın aparıcı mütəxəssisi, Metabolizm mərkəzinin rəhbəri t.e.n. mərhum F.Cəfərquliyev tərəfindən bu müşahidə geniş öyrənilmişdirOrqanizmi tənzimləyən Hepatoloji nəzəriyyə də bu müşahidə və tədqiqatların nəticəsi idi. Elmə məlum olan başqa nəzəriyyələrdən fərqli olaraq, Hepatoloji nəzəriyyə təsdiq edir ki, orqanizmdə gedən metabolik proseslərin tənzimlənməsi məhz qaraciyərdə baş verir.
Hepatoloji nəzəriyyəyə əsaslanaraq, F.Cəfərquliyev eliksiroterapiyanı, ilk növbədə, qaraciyərdə baş verən metabolik pozuntuların aradan qaldırılmasına yönəldib. Eliksirin tərkibi, yuxarıda qeyd olunduğu kimi, hər bir xəstənin “minimum müayinə paketi”nə əsaslanır. Bunun nəticəsinin təhlilindən sonra isə fərdi qaydada hazırlanır. Onun böyük üstünlüyü müalicə müddəti ərzində eliksirin tərkibinin korreksiya edilə bilməsidir. Eliksir hər bir pasientin yalnız əsas xəstəliyini deyil, həm də yanaşı gedən patologiyaları aradan qaldırmağı imkan verir. Bu isə orqanizmin bütövlükdə bərpası deməkdir.
Eliksiroterapiyanı həm monoterapiya kimi, həm də kompleksli müalicə proqramının tərkibində təyin edirlər. Lakin hər iki halda eliksirlə yanaşı hər bir pasientə fərdi olaraq qida proqramı təyin olunur.Orqanizmin mübadilə proseslərinin bərpası müddətində düzgün qidalanma da təmin etilməlidir. Qeyd etmək lazımdır ki, normal maddələr mübadiləsi dedikdə yalnız qida qəbulunun miqdarı yox, həm də qida mədəniyyəti nəzərdə tutulur. Yəni, əsas məqsəd qidanın miqdarı deyil, keyfiyyəti və qəbulu qaydalarına riayyət etməkdir.
Eliksiroterapiyanın orqanizmə təsiri haqqında 2005-cı ilin sonunda F.Cəfərquliyevin “Əl-iksir və metabolizm” adlı kitabı işıq üzü görmüşdür. Baxmayaraq ki, eliksiroterapiyanın və ümumilikdə Hepatoloji nəzəriyyənin müəllifi bu gün aramızda yoxdur, onun yaratdığı məktəbin davamçıları bu müalicə fəlsəfəsinə sadiqdirlər. Orqanizmı mütləq vahid bir sistem kimi qəbul etmək şərtdir. Pasientin şəkayətlıərindən asılı olmayaraq, müayinəni tam şəkildə aparmaq lazımdır. Bunun nəticəsi olaraq isə ümumilikdə orqanizmdə baş verən bütün pozulmuş mübadilə proseslərinin bərpasını təmin etmək lazımdır. Eliksiroterapiya məhz bu prinsiplərə əsaslanır.