“Ömür” klinkasının fizioterapiya şöbəsində aparılan müalicə üsullarına müasir dövrümüzdə çox böyük təlabat vardır. Fizioterapiya təbii və süni yaradılmış fiziki faktorların müalicə-profilaktika və tibbi-reabilitasiya məqsədilə tədbiqinə dair bir elmdir. Bu müalicə orqanizmə sedativ, analgetik, tonuslaşdırıcı, iltihabəleyhinə, sensibilyasiyaedici, desensibilyasiyaedici, spazmolitik təsir edir, təbii və spesifik immunitetin yüksəldilməsi, orqanizmdə bir çox bioloji aktiv maddələrin əmələ gəlməsinə kömək edir, bakteriostatik təsir göstərir. Kompleks müalicə alanlarda xroniki xəstəliyin kəskinləşməsində, müxtəlif travmalarda, funksion pozulmalarda fizioterapevtik müalicə əvəzadilməzdir. Hazırda fizioterapiya şöbəsində UYT (ultrayüksəktezlikli terapiya), darsonval, elektroforez, sontoun, amplipus, inqalyasiya, tonus, elektroyuxu, lazer, UST (ultrasəs terapiya) kvars, sollüks, solyari aparatlarının köməyilə ginekoloji, uroloji, dəri-zöhrəvi, travmatik, nevroloji və s. xəstəliklər müalicə olunur. Fiziomed aparatı respublikamızda yeganə olaraq klinikamızda istifadə olunur. Tərkibində eyni vaxtda xəstəyə vakuumterapiya, ultrasəs, elektroforez və cərəyanın müxtəlif mövlərini kompleks tədbiq etməsinə malik olan fizioterapevtik kombayndır