Tibb üzrə fəlsəfə doktoru Gülnara Sultan qızıTibb üzrə fəlsəfə doktoru Məmmədova Gülnara Sultan qızı 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1986-1987-ci ildə Mirqasımov adına Respublika Kliniki xəstəxanasında internatura keçib. 1988-2002-ci ildə Bakı Aeroportunda Tibbi-sanitar xidmətin Aviasiya poliklinikasında həkim-ginekoloq vəzifəsində işləmişdir. O, tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli həkim-ginekoloq, ultrasəslə müayinə mütəxəssisidir. G.S.Məmmədova 2002-ci ildə “Ömür” klinikasını təsis edib və həmin ildən də klinikanın direktoru vəzifəsində çalışır. G.S.Məmmədova əsasən sonsuzluqla əlaqədar elmi araşdırmalar aparır, dissertantdır. G.S.Məmmədova klinikada həkimləin peşəkarlıq səviyyəsinin yüksəldilməsi qayğısına qalır, klinikada mütəmadi olaraq elmi-praktik konfranslar keçirilir. “Ömür” klinikası “Aktualidad” şirkəti tərəfindən 2006-cı ilin aprelində Sürix şəhərində tibb sahəsində “Keyfiyyət və prestij lideri” seçilmiş, 2007-ci ilin yanvarında isə ənənəvi və qeyri-ənənəvi təbabətin inteqrasiyası nominasiyasına görə Bakıda “Uğur 2006” Milli Mükafatına layiq görülmüşdür