“Ömür” klinikasındakı yeni tibbi xidmət növlərindən biri də son modelli “Harmony”  estetik lazer aparatının müalicə funksiyaları ilə bağlıdır. Bu aparatın köməyi  ilə qısa müddət ərzində, cərrahi müdaxilə olmadan damarların fotokoaqulyasiyası,yəni bədəndə, üzdə və ətraflarda  genişlənmiş venaların, damar “ulduzcuqlarının”, “torlarının” ləğvi, həmçinin, tüklərin fotoepilyasiyası həyata keçirilir. Müalicə  prosedurları ağrısızdır, heç bir təhlükəsi yoxdur.

Sual:    Damarların fotokoaqulyasiyası nədir?
Cavab: Bir çox qadınlar aşağı ətrafda  venaların varikoz genişlənməsindən, damar “torları” və “ulduzlarından” əziyyət çəkirlər. Xırda və orta ölçülü damarların genişlənməsi nəinki kosmetik deffekt kimi qadınlarda narahatlıq yaradır, eynu zamanda onlarda psixoloji diskomfort yaradır. Bu genişlənmələr həm də agrı və ödem verməklə xroniki venoz çatmamazlığı deyilən xəstəliyin iknkişafına səbəb olur. Müasir zamanda bu cür genişlənmiş venaların və kapilyar torunun müalicəsi və ləgv edilməsi  fotokoaqulyasiya və lazer koaqulyasiyası vasitəsi ilə aparılır.

Sual: Damarların fotokoaqulayasiyası hansı prinsipə əsaslanır?
Cavab: Texnologiya işıq və lazer enerjisinin yalnız damarlar tərəfindən “ udulması” və istinin təsirindən genişlənmiş damarda olan qanın koaqulyasiya edərək hərəkəitnin dayanması və tədricən damarın itməsi prinsipinə əsaslanıb. Son illərin texnoloogiyası olan bu metod damarlaın üzərində olan dərinin zədələnməməsi və manipulyasiya vaxtı pasientə heç bir infeksiyanın keçirilməməsi ilə fərqlənir.

Sual: Fotokoaqulyasiya zamanı pasient agrı hiss edirmi?
Cavab : İlk olaraq bəzi pasientlər  yüngül yandırıcı agrı hiss edir, lakin soyutma sistemi qısa zamanda  bu yandırmanı aradan götürür və sonrakı proseduralar zamanı pasientlər heç bir diskomfort olmadığını söyləyirlər.

Sual:  Genişlənmiş damarların yox olması üçün nə qədər müddət lazımdır?
Cavab: Genişlənmiş damarların müalicəsi və ləgv edilməsi damarın ölçüsündən,  yayılmasından, dərinin tipindən, orqanizmin individual xüsusiyyətlərindən asılıdır. Adətən xırda damarlar üçün 2-3 seans, orta ölçülü damarlar üçün isə 3-5 seans lazer və işıq  koaqulayasiyası aparmaq lazım gəlir. Seanslaarası müddət 2-3 həftə çəkir. Hər seans 15-30 dəqiqə vaxtə aparır.

Sual: Proseduranın  nə kimi  kənar təsiri var?
Cavab : Bəzi xəstələrdə proseduradan sonra xırda damarlar olan yerdə qızartı əmələ gəlir ki, bu da günün axırına çəkilib gedir. İri və orta ölçülü damarların yerində yarana bilən qansızma və ödem də bir neçə günə sorulub gedir. Əksər xəstələrdə  prosedura zamanı heç bir əlavə  təsir olmur. İstənilən halda damarların fotokoaqulyasıyası orqanizm üçün zərərsiz və qorxusuzdur.

Ömür klinikasına venaların varikoz genişlənməsi ilə  müraciət etmiş hər bir pasient üçün  damar cərrahı və dermatoloqun konsultasiyası pulsuzdur. Xəstənin şikayətləri dinlənilir, səthi və dərin damarların ultrasəs Doppler müayinəsi aparılır, yalnız bundan sonra müalicə istiqaməti seçilir.  Bu müayinə və müalicə zamanı genişlənmiş damarlarla yanaşı orqanizmin digər orqan və toxumalarının funksiyaları da öyrənilir və pozulmuş maddələr mübadiləsini aradan qaldırmaq üçün məsləhətlər verilir.

Fotoepilyasiya

Dəri orqanizmin daxili haqqında məlumat verən orqandır. Dəridə olan quruluq, ləkələr, səpgilər, trofik yaralar, normadan artıq tüklənmə hər hansı orqanda gedən patoloji prosesdən xəbər verir.
Dəridə arzu olunmaz tüklərin olması tibbdə Hipertrixoz və Hirsutizm anlayışı ilə ifadə olunur. Hirsutizm-qadınlarda kişi tipli tüklənmədir. Hipertrixoz- cinsindən, yaşından, etnik qrupundan, regional zonadan aslı olaraq normal yerlərdə tüklərin artıq inkişaf etməsidir.
Hisutizm və Hipertrixozun səbəbləri:Genetik, hormonal pozğunluq, onkoloji xəstəliklər, böyrəküstü vəzin şişi ,yumurtalıqların kistozu ola bilər.

Tüklənmənin qarşısını almaq üçün bu səbəbləri aradan qaldırmaq lazımdır. Artıq əmələ gəlmiş arzu olunmaz tükləri məhv etmək üçün müasir dövrdə fotoepilyasiya üsulundan istifadə olunur. ”Ömür”  klinikasında kompleks müayinə və müalcə aparılaraq tüklənmənin səbələri aradan qaldırılır və “Alma lazers” şirkətinin  istehsalı olan “Harmony” aparatının köməyi ilə arzu olunmaz tüklər birdəfəlik məhv edilir. Proseduralar ağrısız, əlavə təsirsiz, qısa zaman ərzində aparılır. Aparatda soyuducu effektin olması dəridə yanıqların, ləkələrin əmələ gəlməsinin qarşısını alır. Hər impulsdakı işıq şüaları tüklərdə olan melanin piqmenti tərəfindən udularaq follikula ötürülür və bu follikullar birdəfəlik məhv olur.
Fotoepilyasiya son dəbdir. Eyni vaxtda bir neçə işıq şüası birləşərək işıq seli əmələ gətirir və beləliklə, daha geniş dəri sahəsinə təsir edir. İşığın yaratdığı istilik follikulları travmasız, yanıqsız və demək olar ki, ağrısız məhv edir. Fotoepilyasiya vasitəsilə müxtəlif rəng və strukturlu dəriyə və tüklərə təsir etmək mümkündür. Endokrinoloji patologiyalar nəticəsində yaranan tüklərin məhv edilməsində fotoepilyasiya ən əlverişli üsuldur. 3-4 seansdan sonra tüklərin əsas hissəsi tökülür, qalanları isə gözəgörünməz olur.

Elektroepilyasiyanın bir çox üsulları vardır. Ən müasir üsul isə lazer epilyasiyası hesab olunur. Tük soğanağı dəridən müəyyən dərinliyə qədər daxil olan lazer şüasının təsiri altında məhv edilir. Bu üsul yüksək effektivliyə malik prosedurlara aiddir. Siz ağrını narahatçılığı hiss etməyəcəksiniz.