Həsənov İlqar Əlixan oğlu 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək 1984-1985-ci ildə Tovuz rayon mərkəzi xəstəxanasında internatura keçmişdir. O, internaturadan sonra Tibb İnstitutunda işləyir. 1989-cu ildə tibb elmləri namizədi, 1998-ci ildə tibb elmləri doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 1993-cü ildə dosent, 2003-cü ildə professor elmi adını almışdır. 1999-2000-ci ildə Almaniyanın Düsseldorf Universitetində dəvət olunmuş tədqiqatçı kimi fəaliyyət göstərmişdir.
İ.Ə.Həsənov 1 doktorluq və 19 namizədlik dissertasiyasının elmi məsləhətçisi və rəhbəri olmuşdur. O, 192 elmi əsərin, 6 tədris metodik vəsaitin,
1 prioritetlik şəhadətnaməsinin, 8 səmərələşdirici təklifin müəllifidir.
İ.Ə.Həsənov hazırda Azərbaycan Tibb Universitetinin histologiya kafedrasının professoru və həmin universitetin klinik histologiya və sitologiya laboratoriyasının rəhbəri vəzifəsində işləyir, “Ömür” klinikasının konsultantıdır, 2006-cı ildən klinikanın mikroskopik patologiya mərkəzinə rəhbərlik edir.