Hidro-kolonoterapiya yoğun bağırsağın su və oksigen vasitəsi ilə müalicəsidir. Bu metodika ABŞ-da hazırlanaraq tətbiq edilib. “Ömür” klinikasında bu müalicə metodu Almaniyanin istehsalı olan “Kolon-Hidromat” aparatı vasitəsilə həyata keçirilir.Hidro-kolonoterapiya bağırsağın intensiv və əsaslı şəkildə şlaklardan  və toksinlərdən təmizlənməsinə əsaslanır.Suyu isti və soyuq təsiri ilə mütamadi qıcıqlandirilan  bağırsağın perstaltikası bərpa olunur. Suya oksigen əlavə edilməsi nəticəsində bağırsağın normal mikroflorasının bərpası ilə yanaşı,anaerob bakteriyalar da məhv edilir.
    1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1964-1974-cü illərdə həmin rayondakı 3 saylı orta məktəbdə təhsil alıb. 1976-1978-ci illərdə isə Ordu Sıralarında qulluq edib. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Tibb İistitutuna daxil olub. 1986-cı ildə ali təhsilini başa vurub 4 saylı klinik xəstəxada internatura krçib. 1987-ci ildə isə təyinatla  Ordubad rayonunun Tivi kəndində həkim kimi çalışıb.1991-ci ilə qədər həmin kənddə həkim Ə.Əliyev sonrakı əmək fəaliyyətini Bakı şəhər 17 saylı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasında davam etdirib.
    2005-ci ildən “Ömür”klinikasının müalicə şöbəsində hidrokolono-terapiya ilə məşğul olur.
    Bağırsağın normal mikroflorası orqanizmin bir çox funksiyalarını yerinə yetirir.
  1. mikrob və toksinlərin bağırsaq baryerindən orqanizmə daxil olmasının qarşısını almaqda fizioloji müdafiə rolu oynayır;
  2. amin turşular,zülallar,vitamin K.,V qruplu vitaminlər kimi vacib modellər sintez edir;
  3. bağırsaq divarında Ca,Fe ionlarının,vitamin D-nin sorulma prosesini sürətləndirir;
  4. hüceyrə immuniteti funksiyasını tənzimləyir.
  5.    Klinikaya müraciət edən xəstələrin çoxu pozulmuş sibiozdan əziyyət çəkir.Sterilizasiya və denaturalizasiya olunmuş ərzaqlarla qeyri-düzgün qidalanma, passiv həyat tərzi, ekoloji cəhətdən ziyanlı ətraf mühit, zəhərləyici maddələr və müxtəlif xəstəliklərin müalicəsi zamanı dərman preparatlarından həddən çox istifadə etmək orqanizmlə bakteriyalar arasındakı balansı pozur.Nəticədə bədənin müqaviməti zəifləyir və maddələr mübadiləsi pozulur.Oksigenin orqanizmin toxumalarına məhdud miqdarda daxil olması nəticəsində zəhərli maddələr və tullantılar lazım olan sürətlə parçalanmır və dönməz şəkildə intoksikasiyaya (orqanizmin öz –özünü zəhərlənməsinə) gətirib çıxarır.Orqanizmdə müxtəlif  infeksiyaların yaranmasına səbəb olur.Bu prosesin törətdiyi fəsadlar da müxtəlif ola bilər.Məsələn, enerji itkisi,yorğunluq,depressiya, aqressivlik və səbəbsiz yerə qorxu hissin olması belə fəsadlardandır.İnsan orqanizmində immun prosesə infeksiyalarla mübarizə mövqeyindən yanaşılır. İmmunoqlobulinlərin böyük hissəsi bağırsaqlarda əmələ gəlir. Yoğun bağırsağın selikli qişası zəhərli maddələri zərərsizləşdirmək üçün birici və ən vacib müdafiə sistemi sayılır.İkinci yerdə qara ciyər, böyrəklər, limfa sistemi, ağ ciyərlər və dərinin səhi dayanır.
  6.     1931-ci ildə Nobel mükafatı almış professor Otto Varvurd bağırsaqlarda maddələr mübadiləsinin pozulması nəticəsində zəifləmiş immun sisteminin xərçəng hüceyrələrinin əmələ gəlməsinə və yayılmasına səbəb olmasını kəşf etmişdi. İnkişaf etmiş ölkələrin böyük hissəsində əhali obstinasiyadan(qəbzlikdən) əziyyət çəkir.Uzun illər ərzində düzgün olmayan qidalanma nəticəsində bağırsaqların normal fəaliyyəti pozulur. Tullantılar və bərkimiş substansiyalar bağırsağın normal peristaltikasına və bağırsaq möhtəviyyatının sonrakı nəqlolma prosesinə mane olur. Hidrokolonoterapiya effektli metodlar bağırsağın peristaltikasını təmin edir və onun divarında zərərli maddələri kənarlaşdırır. Bu təbii təmizlənmə prosesi birbaşa və dolayısı ilə bağırsağın funksiyasının pozulmasından irəli gələn simptomların aradan  qalxmasına gətirib çıxarır.
  7.     Hidrokolonterapiya əsas təsir amılləri:

               Yoğun bağırsağın hidromassajı
Tempratur qradiyent – kontrast duş analoqu
Refleksogen zona və nöktələrin stimuliyasiyası. Vegetativ sinir sisteminin mezosimpatik şöbəsinə təsiri.
Hidro – kolonterapiyanın effektləri:     
Toksiki maddələr orqanizmdən çıxır və maddələr mübadiləsi pozulmur, bağırsaqlar qidanı yenidən həzm edə və mənimsəyə bilirlər.
Orqanizmə cavanlaşdırıcı  təsir göstərir.
Bağırsağın normal perstsltikasını pozan şlak yığıntılarının xaric olunması bağırsaqların hərəkət aktivliyini bərpa edir.

  1. Bağırsaq uzun müddət şlakla dolduqda onon ölçüləri  dəyişir, atonik olur, diametri böyüyür. Bu zaman qarı böyük, sallaq görünür. Hidro- kolonoterapiya zamanı su ilə olunan yüngül masaj bağırsağın tonusunun artmasına və qarın divarının təbii ölçülərinin bərpasına gətirib çıxarır.
  2. Orqanizmdə hər bir orqan reflektor zonalar vasitəsilə bağırsaqlarla əlaqədardır. Şlakların təmizlənməsi  və hidro- masaj bu sahələrin qıcıqlanmasına səbəb olur və müvafiq olaraq  bütün orqanizmə təsir edir.
  3. Bağırsağı normal mikroflorası bərpa olunur. Anaerob bakteriyalar məhv edilir.
  4. Xəstə bir proseduradan sonra aşağıdakı effektləri hiss edir.

Xroniki yorğunluq sindromunun itməsi, iş qabiliyyətinin bərpas
Hipertaniyalarda arterial təziqin azalması
Baş ağrılarının azalması
Yuxunun qaydaya düşməsi
İştahanın normallaşması
Qarının ölçülərinin kiçilməsi
Çəkinin 2-5 kq itməsi
Xəstə iki həftədən sonra aşağıdakı effektləri hiss edir:
ı.
Metrializm azalması,
Qəbizliyin azalması
Dəri xəstəliklərində dəri simptomlarının itməsi
Allergik xəstəliklərdə simptomların itməsi
Arterial təziqin uzunmüddətli stabil enməsi
Helmentlərin və parazitlərin təmizlənməsi,disbakteriozun itməsi.
Kosmetik effektlər
Dəri və selikli qişanın təmizlənməsi, dəri tonusunun artması, qırışların hamarlanması.
Göstərişlər:
Qəbizlik ishal,meteorizm yaralı kolit zəifləmiş yorğun bağırsaq, parazit invaziyaları, helmintozlar, disbakterioz, dermotozlar, hiper və hipotermiyalar, allergik xəstəliklər, autoimmun xəstəliklər civzələr, artıq çəki, dvertikullar və s.
Əks göstərişlər:
Kəskin iltihabı xəstəliklər, ankaloji xəstəliklər, hamiləlik,qara ciyər və böyrək çatmamazlığı, mədə- bağırsaq qanaxmaları.