Hirudoterapiyanın (zəli ilə müalicə) minilliklərlə tarixi var. ədəbiyyatda hirudoterapiyanın  nəticələri haqda maraqlə məlumatlar var. Bu müalicə üsulu “Ömür” klinikasında ilk günlərdən tədbiq olunur. Nəzərə alsaq ki, ona yalnız 2 mütləq əksgöstəriş var – hemofiliya (qanın laxtalanmaması) və hamiləlik, dtyə bilərik ki, klinikamıza müraciət edən bütün pasientlərə hirudoterapiya göstərişdir. “Ömür” klinikasının təcrübəsi hirudoterapiyanın kompleks müalicə təskibində istifadəsinin gözəl nəticələrini əldə etmək imkanını verir.
Hirudoterapiya, əsasən, 3 təsir göstərir: mexaniki, bioliji və refleksogen.
Mexaniki təsir qalma hesabına yerli qandövranının yaxşılaşdırmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müasbət effektini yalnız bu amilə bağlayıblar.
Bioliji təsir zəli sancarkən yaraya tüpücək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır. Onun kifayət qədər mürəkkəb tərkibə (200-ə yaxın fermentlər) mallikdir.
Reflektor təsirin mexanizmi isə refleksoterapiya ilə, demək olar ki, eynidir. Son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələrə qoymağı daha məqsədəuyğun hesab edirlər.
Hirudoterapiyanı:
- sonsuzluq;
- tromboflebit;
- venaların varikoz genişlənməsi;
- qara ciyərin qeyrivirus xəstəlikləri;
- miqrenlər;
- osteoxondrozlar;
- poliartritlər;
- paradontozlar;
- ürək-damar xəstəlikləri;
- nevroloji və bir çox başqa xəstəliklərdə istifadəsi məqsədəuyğundur.