Hüseynov Ceyhun Nərıman oğlu 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1994-95-ci ildə 5 №-li şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1995-98-ci ildə 5 №-li şəhər klinik xəstəxanasının yanıq şöbəsində ordinator, 1998-2005-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuda damar cərrahiyyəsi kafedrasında assistent işləyib.
$nbsp;$nbsp; C.N.Hüseynov 1998-ci ildə Gürcüstan Respublikasında “Estetik və plastik rekonstruktiv mikrocərrahiyyə” kursunda, 2002-ci ildə Rusiya Federasiyasında REA Elmi Cərrahiyyə Mərkəzində “Damarların ultrasəs müayinəsi - doppleroqrafiya” kursunda olmuşdur. O, 2005-ci ildən “Ömür” klinikasında həkim-funksional diaqnost vəzifəsində işləyir, dissertantdır.