Kolposkopiya- uşaqlıq boynuna, uşaqlıq yoluna xüsusi işıqlandırma və optik böyütmə sistemi olan xüsusi aparatla baxılmasına deyilir. Həkim öz praktikasında sadə, genişlənmiş kolposkopiyadan istifadə edir. "ÖMÜR" klinikasında 10,15,20 dəfə böyütməyə malik, rəngli işıq filtrləri olan videokolposkopdan istifadə olunur. Kolposkopik müayinə uşaqlıq boynunun, uşaqlıq yolunun, xarici cinsiyyət üzvlərinin (vulva) patoloji proseslərinə diaqnoz qoymaq, aparılan müalicənin dinamikasını izləmək və məqsədyönlü biopsiya etməyəyə imkan verir.:
    Ektopiyya (psevdo eroziya)
    İltihabi proseslər ; Polip, kondiloma, papilloma
    Sklerotik və atrofik proseslər ; Xərçəngönü vəziyyətlər( leykoplagiya, xora, və s)
    Bədxassəli şişlər
Kolposkopiyaya göstərişlər:
Bu müayinə ginekoloqa müraciət edən, yaşından asılı olmayaraq hər bir qadına aparılmalıdır.Yaşı 35-dən yuxarı olan qadınlardan isə göstəriş üzrə patohisto və patositoloji material götürülür.Çünkü bu müayinə metodu xərçəngönü vəziyyət və xərçəngin preinvaziv mərhələsini təyin etmək üçün aparılır. Kolposkopiyanın vəzifələri:
    Uşaqlıq yolu, uşaqlıq boynu, vulvanın epitelisinin vəziyyətini qiymətləndirmək,
    Zədələnmə ocağını aşkar etmək
    Xoş prosesləri bədxassəli şişlərdən differensə etmək
    Məqsədyönlü biopsiya aparmaq


Atipik qan damarları (patositoloji müayinədə atipik hüceyrələr tapılmışdır- invaziv karsinoma) Uşaqlıq boynu kondiloması (ag-sirkəli epiteli ve mozaika) Yod-neqativ ocaqlar leykoplagiya

Aparılmış Kolposkopiya müayinəsinin video yazısı diskə yazılaraq pasientlərə verilir.