Hüseynov Lətif Mahmud oğlu 1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb İnstitutunun Böyük Elmi Şurasının qərarı və Azərbaycan Respublikasının Səhiyyə nazirinin əmri ilə İnstitutun Operativ Cərrahlıq və Topoqrafik anatomiya kafedrasına baş laborant vəzifəsinə göndərilmişdir. Bu illər ərzində o kafedranın baş laborantı vəzifəsindən baş müəllimi vəzifəsinə qədər yüksəlmişdir. İşlədiyi dövrdə MDB ölkələri çərçivəsində, eləcə də Avropa və Yaxın Şərqdə qəbul edilmiş 20-dən çox elmi məqalənin müəllifidir. Tətbiqi və Diaqnostik təbabətin anatomik baxımdan əsaslandırılmasına həsr edilmiş altı anoloqu olmayan dərsliyin və dərs vəsaitlərinin müəllifidir. O, 2004-cü ildən “Ömür” klinikasında konsultant həkim kimi işləyir. Klinikada işlədiyi müddətdə təbabətin aktual problemlərinə həsr edilmiş elmi-praktik konfransların təşkilində və keçirilməsində aktiv iştirak etmişdir. Hal-hazırda klinikanın Ultrasəs Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi kimi uro-andrologiya, hepatologiya, qastroentrologiyanın aktual problemlərinin diaqnostikası və müalicəsi ilə məşğuldur.