“Ömür” klinikasının laboratoriyası müasir standartlara uyğun Avstriya, ABŞ, Almaniya, İspaniya və s. ölkələrdən gətirilmiş avtomat və yarım avtomat cihazlarla təchiz olunmuşdur.

Laboratoriya xidməti bir neçə sektordan ibarətdir. Burada kliniki, immunoloji, seroloji, bakterioiloji, biokimyəvi, sitomorfoloji analizlər aparılır.
Kliniki laboratoriya hematoloji,spermoqramma, urogenital, koproloji müayinələr aparır. Koproloji müayinələrin nəticəsində parazitar yoluxmadan başqa, metabolizmin təhlili və mədə-bağırsaq traktının təhlili aparılır.

Biokimyəvi laboratoriyada qaraciyər, mədəaltı vəzi, böyrəklər və s. orqanlarda biokimyəvi status araşdırılır. Bundan başqa lipidlərin, mikroelementlərin və fermentlərin metabolizmi araşdırılır.
İFA və seroloji müayinələrin nəticəsində orqanizmin viruslara, zooinfeksiyalara, bakterioloji infeksiyalara yoluxması qiymətləndirilir. Bu üsulla həmçinin revmatoid panel araşdırılır.
Hormonal müayinlər laboratoriyasında tireoid panel, qlükopanel, boy və inkişaf hormonlarından əlavə, həm də reproduktiv hormonlar yoxlanılır.
Yalnız “Ömür” klinikasında fəaliyyət göstərən Mikroskopik patologiya mərkəzində sitoloji, sitokimyəvi, histoloji müayinələr aparılır. Bundan başqa, 3 pilləli metabolik paketin müayinəsi də aparılır.
Zülal, yağ-piy, karbohidrat, fermentativ mübadilələrin pozğunluğu, ürək qan-damar sistemi, böyrəklər, qaraciyər, öd yollarının, mədə-bağırsaq sisteminin patologiyası haqqında məlumatı “Ömür” klinikasının laboratoriyasında olan avtomatlaşmış sistem verir.
Yalnız “Ömür” klinikasının laboratoriyasında sonsuzluğun əsas səbəblərindən olan antispermal antigenin müayinəsi aparılır.
Boy problemi olan şəxslərə “Ömür” klinikasının laboratoriyasında somatotrop müayinəsi tətbiq edilir.
“Ömür” klinikasının laboratoriyasında siz hormonal status, virus, zoonoz infeksiyalar haqqında dəqiq məlumatı immunoferment müayinələrin nəticəsində ala bilərsiniz.
Azərbaycanda analoqu olmayan elmi–praktiki patoloji mikroskopiya mərkəzində xəstələrdən götürülmüş materialda sitohistokimyəvi müayinələr
“Ömür” klinikasının laboratoriyasında aparılır.
Yalnız “Ömür” klinikasının parazitologiya mərkəzində exinokokkun erkən mərhələdə aşkar olunması onun cərrahi müdaxilə olmadan konservativ müalicəsinə imkan verir.
Bioloji materialın koproloji müayinələri bütün növ qurd invaziyaları haqqında dəqiq informasiya verir.
Bütün bunlar “Ömür” klinikasının laboratoriyasında mümkündür.