Mehrəliyev Oruc Mehrəliyev Oruc Şəmşəli oğlu 2001-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 2001-2002-ci ildə Elmi Tədqiqat Kardiologiya İnstitutunda internatura keçib. 2002-2004-cü ildə orduda həkim kimi qulluq edib.
O.Ş.Mehrəliyev 2004-cü ildən “Ömür” klinikasında həkim-kardioloq vəzifəsində işləyir, 2006-cı ildən klinikanın Qeyri-invaziv kardiologiya mərkəzinə rəhbərlik edir.
2010-cu ildən Türkiyə və Avropanın bir sıra şəhərlərində təşkil olunmuş elmi konfrans, seminar və kurslarda iştirak etmişdir.
2009-cu ildən Azərbaycan kardiologiya cəmiyyətinin üzvüdür.
2012-ci ildən Avropa kardiologiya cəmiyyətinin üzvüdür.
2001-2002-ci illərdə C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya institunda kardiologiya ixtisası üzrə internatura keçmişdir.
2002-2004-cü illərdə N saylı hərbi hospitalda kardiolog kimi çalışmışdır.
2006-2013-ci illərdə Azərbaycan Tibb Universiteti Elmi-Tədqiqat mərkəzində “Damar endotelində gedən dəyişikliklərin ekstrasistolaların qradiyasiyasasında rolu” mövzusunda dissertasiya işi üzərində çalışmışdır.
2013-cü ildən “Kardiologiya” və “ Patoloji fiziologiya” ixtisasları üzrə dissertasiya işini müdafiə etmiş və hər iki ixtisas üzrə Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.