“Ömür” klinikasında aparılan özəl mikroskopik müayinə paketi. Bu müayinə paketi polikistoz, kişi və qadın sonsuzluğunun (inkişafdan qalmış hamiləliyin başa çatdırılmasında, ölü dölün doğulmasında, özbaşına düşüklərdə) diaqnostikasının dəqiqləşdirilməsində mühüm rol oynayır.

Mikroskopik müayinə mərkəzi

I pillə

Qan yetkin nüvəli hüceyrələrində qlikogen miqdarı (Q)
Yetkin eritrositlərdə (normositlərdə) oksigen doyumluğu indeksi (EOD)
Qan formalı elementlərində sərbəst və peroksid lipidlər (SPL)
Leykositlərin funksional fəallığı (LFA)
Qan yetkin nüvəli hüceyrələrində nukleoproteid-lər (NP)
Qan formalı elementlərində summar proteinlər

II pillə

Yetkin eritrosit membranında hemoqlobin – transferaza potensialı
Monositlərdə ATF – aza
Danəli leykositlərdə və limfositlərdə ATF - aza
Yetkin danəli leykositlərdə turş fosfataza
Yetkin danəli leykositlərdə, monositlərdə və limfositlərdə esterazalar (summar)
Leykositlərdə membran “yapışqanlığı” (adhezivliyi)

III pillə

Leykositlərdə interleykin – 2 resepsiyası (CD25)
Leykositlərdə İgG resepsiyası
Leykositlərdə İgM resepsiyası
Leykositlərdə İqA resepsiyası

 

 

 

Müayinələrin məqsədi – insanın müxtəlif üzvlərinin vəziyyətini, eləcə də müalicə nəticələrini mikroskopik üsullar ilə qiymətləndirməkdir.
Hazırda 3 əsas istiqamətdə müayinələr aparılır:

  1. Sitoloji;
  2. Sitokimyəvi;
  3. Histoloji.
Aşağıdakı analizlərin icrası isə yaxın müddətdə başlanacaqdır:
  1. İnsan xromosom-kariotip analizi;
  2. İmmun-morfoloji (immunsitokimyəvi, immunhistokimyəvi) analizlər.

Aşağıdakı müayinələr yerinə yetirilir:
  1. Uşaqlıq, uşaqlıq yolu yaxmalarının ümumi sitoloji analizi;
  2. Uşaqlıq, uşaqlıq yolu yaxmalarının Papanikolau kriteriləri ilə analizi, o cümlədən - xərcəngönü vəziyyətlərin və bədxassəli şişlərin sitoloji-sitokimyəvi tədqiqi;
  3. Müxtəlif üzvlərin (süd vəziləri, damaq badamcıqları, qalxanvari vəzi, limfa düyünləri, prostat vəzi, ağız suyu vəziləri və s.) punktatlarının, yaxmalarının sitoloji-sitokimyəvi tədqiqi;
  4. Müxtəlif mayelərin (döş qəfəsindən, qarın boşluğundan, kicik canaqdan, kistalardan və s.) sitoloji-sitokimyəvi tədqiqi;
  5. Uşaqlıq boşluğu divarlarının qaşıntı (sıyrıntı) materialının histoloji, histokimyəvi analizləri;
  6. İnkişafdan qalmış hamiləlik materiallarının histoloji, histokimyəvi analizləri vasitəsi ilə səbəbin dəqiqləşdirilməsi;
  7. Müxtəlif üzvlərin biopsiya və cərrahi əməliyyat materiallarının histoloji, histokimyəvi analizi;
  8. Sperma sitokimyəvi sınaqları;
  9. Qan formalı elementlərinin sitoloji-sitokimyəvi analizi vasitəsi ilə qanın və bəzi üzvlərin vəziyyətinin təhlili (“qan formalı elementlərinin metabolik parametrləri paketi”).
Sperma sitokimyəvi sınaqları. Kişi cinsi hüceyrələrinin yetkinlik dərəcəsinə, qadın cinsi hüceyrəsini (ovositi) tanımaq və mayalandırmaq xassələrinə qiymət verir. Bunların köməyi ilə spermanın təbii və süni (o cümlədən – ekstrakorporal) yollarla mayalandırma qabiliyyəti dəqiq təyin edilir. Bu sınaqların nəticələri ümumi sperma analizlərini (“spermoqramma”nı) təkrarlamır, əksinə - onlardan daha dəqiqdir və kişi sonsuzluğunun mümkün səbəblərini aydınlaşdırmağa imkan verir. Həm də aparılmış müalicənin nəticələri daha dürüst qiymətləndirilir.
Qan formalı elementlərinin metabolik parametrləri paketi. Bu sınaqlar ilə qan hüceyrələrinin vəziyyəti, bədəndə süst, gizli gedən iltihablar, allergiyalar, maddələr mübadiləsi pozulmaları, sonsuzluqların mümkün səbəbləri, müalicə səmərəliliyi araşdırılır, müalicə istiqaməti secilməsinə yardım edilir. Ümumi qan analizləri nəticələri burada təkrarlanmır, əksinə, daha da dəqiqləşdirilir. Məsələn, “yetkin eritrositlərin oksigen doyumluğu” sınağında qırmızı qan cisimciklərində (eritrositlərdə) hemoqlobinin miqdarına yox, onun həyati-vacib oksigeni nə dərəcədə daşıya bilməsinə qiymət verilir.