Mirzəyeva Fəridə Məmmədxan qızı 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1994-95-ci ildə Z.Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda internatura keçmiş və həkim-oftalmoloq ixtisası almışdır. 22 №-li poliklinikada və 33 №-li ambulatoriyada həkim-oftalmoloq vəzifəsində işləmişdir. 2004-cü ildən “Ömür” klinikasında işləyir, 2006-cı ildən klinikanın Yoqa oftalmologiya mərkəzinə rəhbərlik edir.