“Ömür” klinikasında aparılan onlarla müayinə üsulu var. Lakin ilk növbədə Nakatani üsulu ilə kompüter diaqnostikası aparılır. 1950-ci ildə yapon alimi Y. Nakatani akupunktur nöqtələrin elektrik keçiriciliyinə əsaslanan meridianların funksional vəziyyətinin elektropunktur diaqnostikasını təsvir edib. Böyrək iltihabı olan xəstələrdə elektrik detektor vasitəsilə elektrik keçiriciliyini öyrənərkən Nakatani yüksək elektrik keçiriciliyinə malik nöqtələr aşkar edib. Ardıcıl araşdırmalar apararkən müəyyən olundu ki, bu nöqtələr böyrək meridianları ilə uyğun gələrək yüksək elektrik keçiriciliyinə malik olan xətt əmələ gətirir. Bu xətti Nakatani böyrək Riodoraku adlandırıb (riodoraku – “yüksək elektrik keçiriciliyinə malik xətt” deməkdir). Müxtləlif visseral pozuntulara malik xəstələri müayinə edərkən alim bu nəticəyə gəlib ki, daxili orqanların istənilən dəyişikliyi mütləq şəkildə dəri səthində təzahürünü tapır. Bu üsul orqanizmin ümumi tonusu, həmçinin hər bir orqanın ayrı-ayrılıqda energetik balansı haqda məlumat əldə etməyi imkan verir. Nakataniyə görə, normada insanın ümumi tonusu 47-75 arası olmalıdır. Klinikaya daxil olmuş pasient bu müayinəni keçdikdə öz orqanizminin orqan və sistemlərinin vəziyyəti haqda, energetik balansının paylanması haqda geniş məlumat əldə edir. əlavə diaqnostikaya ehiyacı olan orqan və sistemlərin siyasını kompüter özü verir. Nakatani üsulundan həm də müalicənin effektivliyinə qiymət vermək üçün istifadə edirlər. Düzgün müalicə aparıldıqda ilk müayinənin nəticəsində orqanların sayı 10-12 olubsa, müalicədən sonra bu siyahı 1-2 qədər azalır. “Ömür” klinikasının mütəxəssisləri bu müayinəni təkmilləşdirərək mübadilə prosesləri və onların pozulma dərəcəsini təyin etmək imkanını əldə etdilər. Bu məlumat hər bir pasient üçün fərdi bərpa proqramı hazırlanarkəm çox böyük əhəmiyyət kəsb edir. “Ömür” klinikasında aparılan genişləndirilmiş Nakatani üsulu ilə kompüter diaqnostikası bu prosesin bütün incəliklərini 2 etapa təyin etməyə imkan verir. Əgər 1-ci etapın nəticəsində 12 cüt meridian araşdırılırsa, 2-ci etapda 70 yaxın meriidian öyrənilir. Əlavə nöqtələrin müayinəsi daha dəqiq diaqnostikanı təmin edir və daha dolğun məlumat əldə etmək imkanı verir. Endokrin sistemi haqda, və ümümiyyətlə maddələr mübadiləsi haqda daha informasiya verir. Insan orqanizmi vahid bir sistem olduğundan bir orqan və ya sistemdə baş verən dəyişiklik tezliklə başqa orqanlara və dolayısı ilə bütün orqanizmə təsir göstərir. Bu səbəbdən “Ömür” klinikasında aparılan müayinə üsullsrı içərisində Nakatani üsulu belə böyük əhəmiyyət kəsb edir.