Osmanova Pərvanə Qəşəm qızı- 1983-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
1989-1990-cı ildə Respublika Kliniki Xəstəxanasında internatura keçəndən sonra terapevt ixtisasına yiyələnib. 1990-1998-ci illərdə Balakən rayon mərkəzi xəstə-xanasının poliklinikasında həkim-psixoterapevt işləyib.1998-ci ildə Ə.Əliyev adına Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunda 4 aylıq ixtisasartırma kursu keçəndən sonra nevropatoloq kimi 2 saylı Tibbi Sanitar Hissədə çalışıb.1999-cu ildə Sankt-Peterburq Hirudoloji Mərkəzinin Bakı filialında hirudoterapiya( zəli ilə müalicə) kursu keçib.
$nbsp;$nbsp; 2003-cü ildən “Omür” klinikasında nevropatoloq işləyir. 2004-cü ildə yenidən Ə.Əliyev adına Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunda nevro-logoya üzrə 3 aylıq ixtisasartırma kursunda iştirak edib. 2005-ci ildən isə “Omür” klinikasında Apibalneoeliksiroterapiya Mərkəzinin rəhbəridir