Şəkərli diabet nədir?

 

Qanda şəkərin miqdarının ac qarına 6.1 mmol/l-dən çox, qida qəbulundan 2 saat sonra isə 11.1 mmol/l-dən çox olması şəkərli diabet adlanır.
Şəkərli diabetin yaranma səbəbləri:
• İrsi meyillik
• Piylənmə
• Arterial hipertenziya
• Az hərəkətli həyat tərzi
• Qidanın şəkərlə zəngin olması
Şəkərli diabetin simptomları:
• Sidiyə getmə hallarının artması
• Həddən çox yemək
• Arıqlama
• Ümumi zəiflik
Şəkərli diabetin ağırlaşmaları:
• böyrəklərdə pozğunluq
• gözdə dəyişikliklər
• sinirlərdə dəyişikliklər
• xırda və böyük damarlarda dəyişikliklər
• Diabetik pəncə, yəni aşağı ətraflarda gözlə görünən və görünməyən dəyişikliklər.

Ətraflı

 

 

Enurez nədir?

 

• Enurez – gün ərzində, vaxtdan asılı olmayaraq qeyri-iradi sidik ifrazıdır.
• Sidik kisəsinin boşalmasına nəzarətin olmaması isə birincili enurez sayılır.
Gecə enurezi- uşaq yuxuya gedendən sonraki ilk 90 dəqiqə ərzində baş verən qeyri-ixtiyarı sidik buraxmaya deyilir. Bu zaman uşaq yuxuda olduğundan sidik ifrazina nəzarəti itirir və yerini isladır.Belə uşaqlar əsəbi, gərgin, kompleksli olurlar. Bu hal 3 yaşa qədər ciddi bir problem sayılmasa da, qız uşaqlarında 4 yaşdan, oğlan uşaqlarında 5 yaşdan gec olmayaraq müalicəyə başlanmalıdır. Müalicənin nəticəsi kicik yaşlı uşaqlarda boyük yaşlara nisbətən daha effektlidir.

Ətraflı

 

 

Uşaqlarda boy və çəki problemi

 

Boy uşağın sağlamlıq vəziyyətini xarakterizə edən əsas kriteriyadır. Boydan geri qalma-heterogen vəziyyətdir. Boyun kişilərdə 130 sm., qadınlarda 120 sm.-dən aşağı olması boydan geri qalma hesab edilir. Boyun və çəkinin geri qalması endokrin sistemdə və ümumiyyətlə, orqanizmdə baş verən bir çox patoloji vəziyyətlərdən xəbər verir.
Bədən kütləsinin və boyun artması uşaq həyatının ilk 1-ci ilində intensiv baş verir. Sonrakı illərdə müvafiq templə artır. 2-ci sürətli artım yetişkənlik dövrünə təsadüf edir. Bu dövrdə qız uşaqlarında oğlanlara nisbətən bədən kütləsi və dəri altı piy təbəqəsinin artması daha tez baş verir (menstruasiyanın başlaması ilə əlaqədar olaraq).

Ətraflı

 

 

Ailə cütlüyü haqqında məlumat.

 

Ailə cütlüyü üzvlərində ən əsas klinik müayinələrdən biri cinsi yolla keçən infeksiyalardır. Virus infeksiyalar vaxtında müalicə olunmazsa o xroniki gizli formaya keçərək bir sıra fəsadlar törədə bilər; sidik yollarının və cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri, kişilərdə prostatit, impotensiya, sonsuzluq və s.
Ailə cütündə bir bir üzvündə hər hansı infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müayinələrdən keçməli və müalicə olunmalıdır.
Sidik cinsiyyət yollarının infeksiyaları urogenital infeksiya adlanır. Ömür klinikası urogenital test vasitəsilə infeksiyanın növü və antibiotikə həssaslığı təyin olunur.

Ətraflı

 

 

Peşəkar mütəxəssislərimiz tərəfindən verilən məsləhətlər.

 

Peşəkar mütəxəssislərimiz tərəfindən verilən məsləhətlər.

Ardından daha ətraflı məlumat...

Ətraflı

 

 

“Səhiyyə turizmi” movzusunda Beynəlxalq elmi konfrans.

 

“Səhiyyə turizmi” movzusunda Beynəlxalq elmi konfrans.27-28 iyul tarixində İran İslam Respublikasının Təbriz şəhərində “ Səhiyyə turizmi “ mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. İran, İraq, Türkiyə və Azərbaycan Respublikalarından dəvət olunmuş 500-dən............

Ətraflı

 

 

Tibb üzrə fəlsəfə doktoru Gülnara Sultan qızı "Ömür" klinikasının direktoru, ali dərəcəli həkim ginekoloq USM mütəxəssisi

 

Tibb üzrə fəlsəfə doktoru Gülnara Sultan qızı "Ömür" klinikasının direktoru, ali dərəcəli həkim ginekoloq USM mütəxəssisiGinekologiyada ən böyük problemlərdən biri dünyaya gələcək körpədə ehtimal olunan qüsurların və xəstəliklərin öncədən aşkar edilməsidir. Hamiləliyin daha kiçik müddətində dölün inkişaf qüsurları və patologiyaları haqqında əvvəlcədən informasiya almaq isə hamiləliyin saxlanması və ya pozulması kimi məsuliyyətli bir qərarın qəbul edilməsində böyük rol oynayır. Məhz Azərbaycanda ilk dəfə “Ömür” klinikasında tətbiq edilən 4D rejimli “VOLUSON-730” aparatı dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı...

Ətraflı


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0 Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/opt/alt/php52/var/lib/php/session) in Unknown on line 0