Eliksiroterapiya

 

Bu adda müalicə üsulunu heç bir nə elmi, nə də kütləvi ədəbiyyatda rast gəlinmir desək, yanılmarıq. “Eliksir” sözü bizim leksikona hətta eramızdan əvvəl gəlib və ərəb dilindən tərcümədə “ƏL-İKSİR” – fəlsəfə daşı (müdriklik daşı) deməkdir. Orta əsr əl-kimyaçıları isə ixtira etdikləri müxtəlif məlhəmlərə bu adı vermişdilər ki, onun tərkibini, əsas etibarı ilə, bitkilərin müxtəlif hissələrinin....

Ətraflı

 

 

Ginekologiyada ultrasəs müayinəsi

 

Ginekologiyada ultrasəs müayinəsiMəlum olduğu kimi, qadınlar arasında sonsuzluq, daxili cinsiyyət orqanlarının iltihabı, xüsusən də, şiş və şişəbənzər xəstəlikləri daha çox təsadüf olunur. Bu xəstəliklərin, əsasən də, bədxassəli şişlərin və şişəbənzər törəmələrin erkən aşkar olunması, düzgün diaqnostikası və müalicənin vaxtında aparılması vacibdir. Hazırda bu məqsədlə çoxsaylı diaqnostik üsullar, o cümlədən palpasiya (əlləmə), perkussiya (taqqıldatma), auskultasiya (qulaqasma), zondlama, qaşıma, rentgen, endoskopik, histoloji, laborator mövcuddur. Doğrudur, qeyd olunan üsullardan istifadə etməklə heç də həmişə xəstəliyə dəqiq və vaxtında düzgün diaqnoz təyin etmək mümkün olmur. Bu isə xəstəliyin aşkarlanmasını gecikdirir və onun gedişinin daha da ağırlaşmasına, fəsadlaşmasına və bəzən də onun həyatdan vaxtsız getməsinə səbəb olur. Odur ki, xəstəliyin vaxtında aşkar olunub, düzgün diaqnostikası və müalicəsi xüsusi həyatı əhəmiyyət kəsb edir. Bu isə tətbiq olunan üsuldan çox asılıdır.
Son zamanlar qadınlarda daxili cinsiyyət orqanlarının, o cümlədən də, sidik kisəsi və düz bağırsaq xəstəliklərinin təyinində tətbiq olunan ultrasəs müayinəsi bu təlabatı, demək olar ki, ödəyir. Kiçik çanaq orqanlarının inkişaf anomaliyalarının, xəstəliklərinin, xüsusən .....

Ətraflı

 

 

Bizim ixtisaslaşmış müalicələrimiz

 

Xəstəlik zamanı və müəyyən yaş dövründən (40-50 yaş) sonra insanın orqanlarında funksional pozğunluqlar əmələ gəlir. Yəni həmin orqan öz işini lazımi səviyyədə yerinə yetirə bilmədiyindən həmin funksiyaya yaxın orqanların üzərinə düşdüyündən onlar zəifləyir və xəstələnməyə məruz qalırlar. Ona görə də “Ömür” klinikasında hərtərəfli müayinədən sonra hər bir xəstə üçün müalicə paketi ......

Ətraflı