Psixoterapiya istənilən xəstəliklərə tutulmuş insanların müalicəsində istifadə olunan psixi təsirlər kompleksidir. Bu müalicə kompleksi xəstəliyə qarşı mübarizənin gücləndirilməsinə və sağlamlığın bərpasına yönəlib. Psixoterapiya cərrahi müdaxilə, dərman preparatları, fizioterapiya və s. müalicələrin təsir effektini artırır. Eyni zamanda xəstənin psixikası vasitəsilə onun orqanizminə müalicəvi təsir göstərir. Bu müalicə üsulu psixi təsirlərə əsaslanaraq elmin tibb, psixologiya, sosiologiya və pedaqoqika sahələri ilə əlaqəli şəkildə özünü biruzə verir. Psixoterapiya fizioterapevtik, kurortloji, qeyri-ənənəvi müalicə metodları ilə birgə tətbiq ediləndə çox yaxşı effekt verir.