“Qeyri-invaziv kardioloji mərkəz” 2005-ci ilin noyabr ayında yaradılmış və ən müasir avadanlıqlarla təmin olunmuşdur. Mərkəzdə aşağıdakı müayinə metodları var:
  1. Qan təzyiqi və nəbzin 24 saatlıq fasiləsiz monitorinqi: Qan təzyiqini bir dəfə ölçmək hipertoniya xəstəliyi haqqında çox az məlumat verir. 24 saatlıq monitorinq zamanı isə qan təzyiqinin yuxarı (sistolik), aşağı (diastolik) hüdudları və nəbzin sayı xəstənin adi həyat tərzi dəyişdirilmədən – ev şəraitində qeyd olunur. Alınmış informasiyalar əsasında müvafiq müalicə təyin olunur.
  2. Ürək fəaliyyətinin fasiləsiz EKQ (Xolter) monitorinqi: Bu üsulla ürək fəaliyyətinin EKQ-si 24 saat ərzində fasiləsiz qeyd edilir. Bu müayinə də ev şəraitində aparılır. Bu zaman bütün aritmiyaların növləri, ağrısız (gizli) işemiyalar, koronar damarının yuxu zamanı qəfləti daralmaları (spazmı) – Prinsmetal stenokardiyası, hərəkət zamanı infarktönü hallar, ürək vurğularının sürətlənməsi – paroksizmal taxikardiyalar, zəifləməsi – bradikardiya və dayanması – AV blokadalar,  Sinus düyününün disfunksiyası və sair hallar qeyd olunur. Bunun əsasında müalicə təyin olunur.
  3. Rəngli-Doppler  Exokardioqrafiya: Ürəyin bütün kameraları, qapaqları, divarları və ürəkdən çıxan iri damarlar 1mm-ə qədər dəqiqliklə ölçülür. Bu metod vasitəsilə uşaqlarda və böyüklərdə anadangəlmə və qazanılmış ürək qüsurları, ürəyin yığılma qabiliyyəti (sistolik və diastolik funksiyası), gizli keçirilmiş infarktlar, ürək kameralarının böyüməsi və qan laxtasının olub-olmaması və sair təyin olunur.
  4. Fiziki yük sınağı: Bu sınaq zamanı velosiped sürməyə məcbur edilir və nəbzin, qan təzyiqinin, EKQ-nin fasiləsiz monitorinqi əsasında ürəyin fiziki gərginlik zamanı fəaliyyəti öyrənilir. Alınmış nəticələrə görə aşkar və gizli (ağrısız) işemik xəstəliklərin (stenokardiya, infarkt) diaqnozu və ağırlıq dərəcəsi təyin edilir. Aorta-koronar şuntlama əməliyyatından sonra şuntları yoxlamaq üçün də bu müayinə tətbiq edilir.
  5. Stres rəngli-doppler exokardioqrafiya: Fiziki yük zamanı ürək fəaliyyətinin exokardioqrafik müayinəsi.

 Xolter monitoring

Eкq –nin Хоlтеr üsulu ilə sutkalıq monitorinqi  - bir neçə saatdan bir sutkaya qədər elektrokardioqrammanın reqistrator vasitəsilə  fasiləsiz qeydiyyatıdır. Bu  zaman alınan  məlumat daha sonra kompyuterdə oxunulur.  
Reqistratorun  ölçüsü  9 х 12,5 х 4 sm, çəkisi isə  450 q-dır.  Xəstə qoşulan aparatı heç bir narahatçılıq olmadan rahatlıqla üzərində gəzdirə bilir..
Xolter monitorinq zamanı prekordial bipolyar aparmalardan istifadə olunur.Nəticədə ürəyin fəaliyyəti haqqında ətraflı məlumat əldə olunur.

 Elektrodların yerləşmə nöqtələri

Xolter monitorinq zamanı  xəstə gündəlik tutmalı və burada gördüyü iş ,qəbul etdiyi dərman preparatları haqqında qeydiyyat aparmalıdır.
Xolter monitorinlaşmaya göstərişlər aşağıdakılardır:
1) Ritm pozğunluğunun növünün təyini
2) Səbəbi məlum olmayan bayılma hallarının identifikasiyası
3) Ritm pozgunluğunun əmələ gəlmə mexanizminin müəyyənləşdirilməsi
4) Medikamentoz müalicənin effektliliyinin təyini
5) Sinus düyününün işinin təyini
6) Ürəyin işemik xəstəliyinin diaqnostikası