“Ömür” klinikasında rəqəmsal rentgen kabineti fəaliyyət göstərir. Burada Almaniyanın “Siemens” şirkətinin isehsalı olan SİREMOBİL – 2000 rəqəmsal (inteqral - sifrovoy) rentgen aparatı vasitəsi ilə bütün orqanların rentgen müayinəsi aparılır. Digər rentgen aparatlarından fərqli olaraq bu aparatda şüalanma çox zəif dərəcədədir (USM aparatları səviyəsində). Aparat hərəkətlidir və onu müxtəlif vəziyyətlərə çevirərək bədənin istənilən nahiyəsini çox asanlıqla müayinə etmək olur. Müayinə işıqlı otaqda keçirilir və pasiyentin bütün orqanları canlı şəkildə monutorda görünür. Lazım olan nahiyələrin şəkli avtomatik çəkilir, aparatın monitorunu və kompüterin yaddaşına ötürülür. Sonra yaddaşda olan rentgen şəkillərinə əsasən xəstəliyin dəqiq diaqnozu qoyulur.
SİREMOBİL – 2000 rəqəmsal (inteqral - sifrovoy) aparatı ilə aşağıdakı müayinələr aparılır.
  • Sümük – oynaq sistemi : kəllə, onurğa sütunu-fəqərələr, qabırğalar, ətraf sümüklər, əl və ayaq pəncə sümükləri, çanaq sümükləri, döş sümüyü, diz qapağı, bilək və ayaq daraqarxası sümükləri, kiçik sesmoid sümüklər.
  • Döş qəfəsi orqanları : ağciyərlər, bronx – damar dəstəsi, plevra, qabırğa - diafraqma sinusları, ürək, aorta, divararalığı orqanları, diafraqma).
  • Burun ətrafı ciblər : Haymor, alın-frontal, əsas, xəlbir cibləri.
  • Yemək borusu – mədə - bağırsaq traktı orqanları : udlaq, yemək borusu, mədə, 12 barmaq bağırsaq, nazik – acı, qalça, kor bağırsaq, yoğun – qalxan, köndələn, enən çənbər bağırsaq, S- vari bağırsaq, düz bağırsaq.
  • İrriqoskopiya və irriqoqrafiya : yoğun bağırsağın qalxan – retroqrad üsulla kontrast rentgen müayinəsi.
  • Histerosalpingoqrafiya : uşaqlıq yolunun, uşaqlığın, uşaqlıq borularının və kiçik çanağın kontraszt rentgen müayinəsi.
  • Uroqrafiya : böyrəklərin, sidik axarının, sidik kisəsinin və sidik kanalının kontrast rentgen müayinəsi