Sellülitin müalicəsi müasir estetik təbabətin ən aktual problemlərindəndir. Bu – dərialtı piy toxumasının patologiyasıdır.
Sellülitin əmələ gəlməsinin aşağıdakı səbəbləri vardır:

  1. Piy toxumasının irsi xüsusiyyətləri.
  2. Dərialtı piy toxumasının mikrosirkulyasiyasının pozulması.
  3. Passiv həyat tərzi.
  4. Qeyri-rasional qidalanma (qidada heyvani yağlar və xolesterinin çoxluq təşkil etməsi və s.).
  5. Endokrin sistemin pozğunluqları.
  6. Su-duz mübadiləsinin pozulması.

Səbəblərin çoxluğuna baxmayaraq, sellülitin yaranmasının əsasında mikrosirkulyasiyanın pozulması durur.
Ozon yüksək oksidləşdirici olması ilə yanaşı, dərialtı toxumaya vurulduqda aşağıdakı xüsusiyyətlərə malikdir:

  1. Dərinin və dərialtı toxumanın mikrosirkulyasiyasını yaxşılaşdırır.
  2. Davamlı yağları davamsız yağlara çevirərək onların yanmasını asanlaşdırır.
  3. Oksigendən asılı prosesləri aktivləşdirir.
  4. Fibrinolitik təsirə malik olduğu üçün sellülit düyünlərini əhatə edən fibroz qişaları əridir.

Bizim klinikada sellülitin müalicəsində dərialtına ozon-oksigen qarışığı yeridilməsi ilə yanaşı, ozonlaşmış krem, yağ və ya gellə massaj olunur.
Müalicədən sonra ayaqlarda yüngüllük hiss olunur, ödem azalır, “portağal qabığı” yox olur, dəri zəif çəhrayı rəng alır, hamar və elastik olur, piy toxuması bərk və kompakt olur.

Klinikamızda ozonoterapiyanın istifadə üsullarından biri də ozonlaşmış yağlardır.
Ozonlaşmış yağ aşağıdakı qaydada istifadə olunur:

    • tampon – per vaginum;
    • mikroimalə - per rectum;
    • applikasiya – selikli qişalara;
    • daxilə qəbul etmək üçün – per os;
    • kosmetik məqsədlə.