Suleyman Əliyev Müzəffər oğlu, 1962-ci ildə, Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. İnternaturanı Tatarıstanın paytaxtı Kazan şəhərində keçib. Sonra Azərbaycana qayıdaraq Naxçıvan MR-nın Şərur rayon mərkəzi xəstəxanasında (1990-1993) anestezioloq-reanimatoloq kimi çalışıb. 1994-cü ildə Rusiyanın Nijninovqorod şəhərində Çin Xalq respublikasında ixtisaslaşmış akademik V.Q.Voqralikin təşkil etdiyi Akupunktura Elmi Mərkəzində refleksoterapeyanın sirlərinə yiyələnib. Sonra isə bir müddət təbabətin bu qeyri-ənənəvi müalicə üsulu üzrə həmin şəhərdə çalışıb. S.Əliyevin Həkim kimi fəaliyyətini 10 ili Rusiyanın müxtəlif şəhərləri ilə bağlıdır. 2000-ci ildən Sumqayıt şəhərinin təcili-tibbi təxirəsalınmaz yardım stansiyasında kordioloq-həkim işləyib. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsində "Medi Club" tibbi serviz kompaniyasında həkim-koordinator, 2004-cü ildə isə Sumqayıtdakı Təcili Tibbi Yardım Stansiyasında ixtisası üzrə çalışıb.
Hazırda "Ömür" klinikasında refleksoterapiya üzrə mütəxəssisdir.