Tropik zona Yer kürəsinin ekvatorial,  tropik və subtropik hissələrini əhatə edir. Və dünya əhalisinin 50%-dan çoxu bu ərazidə yaşayır. Tibbi nöqteyi-nəzərdən bu bölgə təbii-iqlim və sosial-məişət şəraiti bir sıra digər bölgələrdə yayılmayan xəstəliklərin əhali arasında geniş yayılmasına münbit şərait yaradır və bir sıra xəstəliklər üçün bu ərazilər endemik sayılır.
Tropik xəstəlikləri 2 əsas qrupa bölmək olar:

1. qeyri-infeksion patologiyalar;
2. infeksion patologiyalar.

Qeyri-infeksion patologiyalar əsasən xarici mühitin yüksək hərarət, yüksək rütubət və ya qidalanma və s. əlaqədar olur. Əsasən avitaminozlar, günvurmalar, su itkisi və s. patologiyalar müşahidə edilir.
İnfeksion patologiyalar virus, bakteriya, ibtidai və helmint mənşəli patologiyalara bölünürlər. Azərbaycan ərazisində də bu xəstəliklərdən bəziləri geniş yayılmışlar. Bunlardan malyariya, leyşmanioz, amiobiaz, ankilostamozlar, strongiloidozlar və s. qeyd etmək olar.
Bu xəstəliklərə “Ömür” klinikasında xüsusi diqqət yetirilir və bunun nəticəsində tropik və parazitar xəstəliklər mərkəzi fəaliyyət göstərir. Bu xəstəlikıərin diaqnistikası, müayinəsi tropik və parazitar xəstəliklər sahəsində aparılan elmi tədqiqatların son nailiyyətlərinə əsaslanan müayinə və müalicə üsulları vasitəsilə həyata keçirilir.