“Ömür” klinikasında USM mərkəzi 5 mart 2005-ci il tarixindən fəaliyyət göstərir. USM mərkəzində yerləşdirilmiş Yaponiya, Almaniya, ABŞ istehsalı olan VINGMED-800, VINGMED-SISTEM FIVE, VOLUSON-730, VİVİD-5, LOGİQ-9, Hitachi, LOGİQ-400, ESAOTE-5, LOGİQ-200, ALOKA-2000, Sunlight Omnisense-7000 və sair USM aparatlarında 1.5MHz-dən 14MHz-ə qədər tezliyə malik abdominal, transrektal, transvaginal, linear ötürücülərin olması müxtəlif dərinliklərdə yerləşmiş toxuma və orqanların strukturunu dəqiq müayinə etməyə imkan verir.
Mərkəzdə abdominal şöbə, ixtisaslaşmış şöbə, doppleroqrafiya şöbəsi, EXO-KQ şöbəsi, akuşer-ginekoloji şöbə, urogenital şöbələrin fəaliyyət göstərməsi müxtəlif xəstəliklərin diaqnostikasında ixtisaslaşmış müayinənin aparılmasına imkan yaradır.
“Ömür” klinikasının USM mərkəzində qarın boşluğu orqanlarının (qaraciyərin piy distrofiyası, kəskin və xroniki hepatitlər, qaraciyərin sirrozları, kistalar, törəmələr, mədəaltı vəzin xəstəlikləri, kəskin və xroniki pankreatitlər, öddaşı, xolesistitlər, öd kisəsinin polipləri, splenomeqaliyalar və sair), qalxanvari vəzin patoligiyalarının (diffuz düyünlü hiperplaziyalar, adenomalar, tiroiditlər, qalxanvari vəzin kistaları, bədxassəli törəmələri və s.), süd vəzilərinin patologiyalarının (diffuz və ocaqlı mastopatiyalar, mastitlər, kistalar, adenoma və digər törəmələri və s.), oynaq patologiyalarının (artrit, artroz, osteoxondroz, oynaq kisəsində maye və s.), mədə və 12b/b-ın patologiyalarının (qastrit, duodenit, xora, qastroptoz, törəmələr, mədə və 12b/b-ın funksional pozğunluqları və s.), ginekoloji orqanların xəstəliklərinin (ginekoloji orqanların iltihabi xəstəlikləri – kista, fibroma, endometrioz, xoş və bədxassəli şişlər və s.), timus vəzin patologiyalarının (hiperplaziya, hipoplaziyalar), gözün patologiyalarının (katarakta, şüşəvari cismdəki şvartlar, torlu qişanın qopmaları və göz yuvasının törəmələri və s.), yumşaq toxumaların patologiyalarının (travmatik zədələnmələr, lipomalar, miksomalar, bədxassəli proseslər və s.), limfa sisteminin xəstəliklərinin (limfaadenitlər, limfa düyünlərinin metastatik zədələnmələri və s.) erkən diaqnostikası aparılır.
Doppleroqrafiyanın tətbiqi bütün daxili orqanların qan damarları – sidik-cinsiyyət sisteminin qan damarlarının, periferik qan damarlarının rəngli energetik-spektral doppler rejimində müayinəsinin aparmağa imkan verir ki, bu da portal hipertenziyanın ilkin əlamətlərinin, böyrək arteriyasının stenozu, qarın aortası, müsariqə arteriyalarının stenozu, xayalarda varikosele, periferik qan damarlarının aterosklerotik zədələnmələri, obliterasiyaedici endoarteritlər, diabetik anqiopatiyalar, venoz damarların varikoz genişlənmələri, venoz çatmamazlıq, venaların trombozu və sair xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan yaradır.
Transkranial doppleroqrafiya ilə beyin toxumasının iri həcmli prosesləri (şiş, kista, beyin mədəciklərində genişlənmələr və s.) və beyin qan damarlarının patologiyalarının (aterosklerotik zədələnmələr, müxtəlif dərəcəli stenozlar, diabetik zədələnmələr, spazmlar, damar anomaliyaları, deformasiya, arterio-venoz malformasiyalar, anevrizm və s.) diaqnostikası aparılır.
Exodoppleroqrafik müayinə metodu ilə ürəyin anadangəlmə qüsurları (qapaq çatmamazlıqları, stenozlar, mədəcikarası və qulaqcıqarası deffektlər, oval dəliyin və Botal axacağın açıq qalması, Fallo tetradası və triadası, magistral damarların transpozisiyası və s., qazanılmış qüsurları, kardiomiopatiyalar, perikarditlər, endokarditlər, ürəyin işemik xəstəlikləri, anevrizmlər, ürək çatmamazlıqları və s. patologiyaların diaqnostikası aparılır.
“Ömür” klinikasının USM mərkəzində ultrasəs görüntüsünü aydın və parlaq edən xüsusi kontrast maddələrin vena daxilinə yeridilməsi ilə kontrast USM aparılır. Burada olan USM aparatlarının yüksək texnologiyası bütün orqan və toxumaların qan damarlarının müayinəsinə və orada olan hər hansı bir patologiyanın çox erkən diaqnozunu qoymağa imkan verir.
“Ömür” klinikasının USM mərkəzində USM-in daha müasir və təkmilləşmiş metodikası olan 4D rejimli müayinə vasitəsi ilə dölün fəzada həcmli görünüşü alınır və bu da dölün xarici görünüşünün aydın təsvirini almağa, orada olan patologiyaların (meninqosele, ensefalosele, qastroşizis, omfalosele, dovşandodaqlılıq, qurağızlılıq, yuxarı və aşağı ətrafların patologiyaları) erkən diaqnozunun qoyulmasına, dölün inkişaf dinamikasına və cinsin erkən diaqnostikasının aparılmasına imkan verir. Ümumiyyətlə, “Ömür” klinikasında akuşer-ginekoloji praktikada USM-in tətbiqi dölün daxili orqanlarında – tənəffüs sistemində, sidik-cinsiyyət sistemində, sinir sistemində olan hər hansı bir patoloji prosesi aşkar etmək üçün çox geniş imkan yaradır. Dölün ürək qan-damar sistemindəki patologiyaları və döl ilə ana arasındakı döl-plasenta-ana qan dövranını müayinə etmək üçün doppler metodu əlverişlidir. Göbək ciyəsinin arteriyalarında və venasında qan dövranının və uşaqlıq arteriyalarındakı doppleroqrafik parametrlərə əsasən, döl-plasenta-ana qan dövranının çatmamazlığının dərəcəsi təyin olunur.
Densitometriya – sümüyün USM-i “Ömür” klinikasında tətbiq olunur. Bu metodikanın tətbiqi borulu sümüklərdə osteoporoz, osteopeniya, osteoeomalyasiya, osteoskleroz və s. patologiyaların hələ rentgen əlamətləri əmələ gəlməmiş diaqnozunun qoyulmasına imkan verir. Ultrasəs dalğalarının əks olunması zamanı əmələ gələn xüsusi exosiqnallar vasitəsi ilə qurd invaziyalarının aşkar olunması da yalnız “Ömür” klinikasında tətbiq olunur. Bu qurd invaziyalarının diaqnostikasında yeni və əlverişli metodika hesab olunur.
“Ömür” klinikasının USM mərkəzinin Almaniya, ABŞ, Yaponiya, Fransa və digər dövlətlərin USM mərkəzləri və şirkətləri ilə müqaviləsi vardır və bu müqaviləyə əsasən ultrasəs müayinə metodunda, avadanlıqların texnologiyasında olan hər hansı bir yenilik “Ömür” klinikasının USM mərkəzində dərhal tətbiq olunur.

Doppleroqrafiyanın tətbiqi bütün daxili orqanların qan damarları – sidik-cinsiyyət sisteminin qan damarlarının, periferik qan damarlarının rəngli energetik-spektral doppler rejimində müayinəsinin aparmağa imkan verir ki, bu da portal hipertenziyanın ilkin əlamətlərinin, böyrək arteriyasının stenozu, qarın aortası, müsariqə arteriyalarının stenozu, xayalarda varikosele, periferik qan damarlarının aterosklerotik zədələnmələri, obliterasiyaedici endoarteritlər, diabetik anqiopatiyalar, venoz damarların varikoz genişlənmələri, venoz çatmamazlıq, venaların trombozu və sair xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan yaradır.
Transkranial doppleroqrafiya ilə beyin toxumasının iri həcmli prosesləri (şiş, kista, beyin mədəciklərində genişlənmələr və s.) və beyin qan damarlarının patologiyalarının (aterosklerotik zədələnmələr, müxtəlif dərəcəli stenozlar, diabetik zədələnmələr, spazmlar, damar anomaliyaları, deformasiya, arterio-venoz malformasiyalar, anevrizm və s.) diaqnostikası aparılır.
Exodoppleroqrafik müayinə metodu ilə ürəyin anadangəlmə qüsurları (qapaq çatmamazlıqları, stenozlar, mədəcikarası və qulaqcıqarası deffektlər, oval dəliyin və Botal axacağın açıq qalması, Fallo tetradası və triadası, magistral damarların transpozisiyası və s., qazanılmış qüsurları, kardiomiopatiyalar, perikarditlər, endokarditlər, ürəyin işemik xəstəlikləri, anevrizmlər, ürək çatmamazlıqları və s. patologiyaların diaqnostikası aparılır.
“Ömür” klinikasının USM mərkəzində ultrasəs görüntüsünü aydın və parlaq edən xüsusi kontrast maddələrin vena daxilinə yeridilməsi ilə kontrast USM aparılır. Burada olan USM aparatlarının yüksək texnologiyası bütün orqan və toxumaların qan damarlarının müayinəsinə və orada olan hər hansı bir patologiyanın çox erkən diaqnozunu qoymağa imkan verir.
“Ömür” klinikasının USM mərkəzində USM-in daha müasir və təkmilləşmiş metodikası olan 4D rejimli müayinə vasitəsi ilə dölün fəzada həcmli görünüşü alınır və bu da dölün xarici görünüşünün aydın təsvirini almağa, orada olan patologiyaların (meninqosele, ensefalosele, qastroşizis, omfalosele, dovşandodaqlılıq, qurağızlılıq, yuxarı və aşağı ətrafların patologiyaları) erkən diaqnozunun qoyulmasına, dölün inkişaf dinamikasına və cinsin erkən diaqnostikasının aparılmasına imkan verir. Ümumiyyətlə, “Ömür” klinikasında akuşer-ginekoloji praktikada USM-in tətbiqi dölün daxili orqanlarında – tənəffüs sistemində, sidik-cinsiyyət sistemində, sinir sistemində olan hər hansı bir patoloji prosesi aşkar etmək üçün çox geniş imkan yaradır. Dölün ürək qan-damar sistemindəki patologiyaları və döl ilə ana arasındakı döl-plasenta-ana qan dövranını müayinə etmək üçün doppler metodu əlverişlidir. Göbək ciyəsinin arteriyalarında və venasında qan dövranının və uşaqlıq arteriyalarındakı doppleroqrafik parametrlərə əsasən, döl-plasenta-ana qan dövranının çatmamazlığının dərəcəsi təyin olunur.
Densitometriya – sümüyün USM-i “Ömür” klinikasında tətbiq olunur. Bu metodikanın tətbiqi borulu sümüklərdə osteoporoz, osteopeniya, osteoeomalyasiya, osteoskleroz və s. patologiyaların hələ rentgen əlamətləri əmələ gəlməmiş diaqnozunun qoyulmasına imkan verir.
Ultrasəs dalğalarının əks olunması zamanı əmələ gələn xüsusi exosiqnallar vasitəsi ilə qurd invaziyalarının aşkar olunması da yalnız “Ömür” klinikasında tətbiq olunur. Bu qurd invaziyalarının diaqnostikasında yeni və əlverişli metodika hesab olunur.