Keçən əsrin 70-ci illərindən başlayaraq təbabətdə yeni diaqnostika metodu olan fibroendoskopiya endoskoplardan fərqli olaraq geniş imkanlara malik müasir aparatlarla həyata keçirilir və xəstələr tərəfindən rahat qəbul edilir, fəsadsız ötüşür. Texnikanın inkişafı ilə bərabər son zamanlar daha müasir və yüksək diaqnostik qabiliyyəti olan endoskoplar tətbiq olunmağa başlanmışdır. Həm də video görüntülərin olunması, müayinələrin video sənədləşdirilməsi müalicədən sonra müqayisə etmə imkanını da asanlaşdırır və arxivləşdirilməsinə köməkdir.
Orqanizmin mədə-bağırsaq sitemində əmələ gəlmiş şişlərin təyin olunmasında bu metodun əhəmiyyəti böyükdür. Histoloji və citoloji müayinə üçün patoloji nahiyədən daha dəqiq bioptat və yaxmaların götürülməsi imkanı yaranır.
Endoskoplar vasitəsilə xəstələrdə nəinki diaqnostik, həm də müalicəvi proseduralar aparılır. Bəzi qanaxmalı xəstəliklərdə qanaxma mənbəyinin daha dəqiq tapılması və dayandırılmasına imkan verir.
Mədədə olan daşların, qida borusuna yapışmış sümüklərin və mədəyə düşmüş yad cisimlərin cərrahi müdaxiləsiz həyata keçirmək mümkündür.
Öd yollarında və mədəaltı vəzinin axacağında olan daşların, bağırsaq sistemində olan xoş və bəd xassəli şişlərin çıxarılmasında böyük əhəmiyyəti vardır.
“Ömür” klinikasında olan videoskoplar vasitəsilə ən yüksək səviyyədə mədə-bağırsaq sisteminin yuxarı və aşağı nahiyələrini müayinə etməyə imkan verir. Burada xəstələrin dinamik müşahidəsi video sənədləşdirilmişdir ki, bu da xəstələrin daha effektiv diaqnostika və müalicəsinə imkan verir.