Vita-kolon-UVVita-kolon-UV  hidrokolonterapiyada yeni unikal metoddur.



      Qəbul etdiyimiz qida  maddələri  bağırsaqda enerjiyə çevrilir. Qalıq maddələr məhz burda toplanır. Qeyri- normal qida vərdişləri yoğun bağırsağı zədələyir və şlak maddələr bağırsağın divarına yapışır.

Hidrokolonterapiya zamanı incə infuziya ilə filtrdə təmizlənmiş su zərərli qalıqlardan və toksinlərdən ibarət köhnə, bərkimiş hissəcikləri  təmizləyir.Bu zaman dəyişən temperatur fərqi olan su ilə bağırsaq masaj olunur. 80%-i bağırsaqlarda lokalizə olunan İmmun sistem stimullaşır və aktivləşir. Orqanizmin özünümüdafiə reaksiyaları yüksəlmiş olur.

Vita-kolon-UV aparatı hidrokolonterapiyanın ultrabənövşəyi şüalarla birgə istifadə olunan növüdür.

Özündə yüksək kvant enerjisi daşıyan ultrabənövşəyi şüalar toxumaların 1 mm dərinliyinə keçə bilir. Ona görə də onun birbaşa təsiri dəri və selikli qişalaradır.

Ultrabənövşəyi şüaların müalicə effekti ağrıkəsici, iltihab əleyhinə, immun sistemi stimullaşdırıcı, ümumi möhkəmləndirici təsirlərdən ibarətdir. Bu müalicə üsulu yara səthlərinin epitelizasiyası, sinir və sümük  sisteminin regenerasiyası  məqsədilə də işlədilir. Ultrabənövşəyi şüalar həmçinin antiseptik təsirə malikdir.   

Vita-colon –UV aparatında ultrabənövşəyi şüalarla doydurulmuş sudan istifadə olunur. Cihazdaxili quraşdırılmış biotezlik generatoru  isə yoğun bağırsaqda parazitləri məhv edir.

Hidrokolonoterapiyanın Vita-kolon-Uv aparatı ilə aparılması gigiyenik cəhətdən də məqsədəuyğundur, heç bir mənfi təsiri yoxdur, xəstədə komfort hissi yaradır. Prosedur zamanı birdəfəlik sorucu sistem və ucluqlardan istifadə olunur. Aparat təmizləyici qurğu ilə təchiz olunub. Bu da gigiyenik qaydalara yüksək səviyyədə əməl edilməsinə şərait yaradır. Müalicə tamamilə ağrısızdır və prosedur boyu pasient özünü rahat hiss edir.



 Aparatın bir sıra üstünlükləri var:

         Vita-kolon-UVUyğun dizayn quruluşlu və kompaktdır.

         Vita-kolon-UVİstifadə elementləri  rahatdır və ekzakt elektrik təchizatına malikdir.

Bu da xəstə üçün tam təhlükəsizdir.

Vita-kolon-UVİstifadə olunacaq təzə su cihaz daxilində soyudulur və isidilir.

Vita-kolon-UVTerapevtik təmiz su ultrabənövşəyi şüalarla şüalandırılır.

Vita-kolon-UVDəqiq dozalanma ilə suya medikament qatılır.

Vita-kolon-UVCihazdaxili quraşdırılmış biotezlik generatoru parazitlərin məhvinə səbəb olur.

Vita-kolon-UVTəmiz suyun umpolyarizasiyası (aktivləşdirilməsi)


           Hüceyrə membran  keçiriciliyinin yaxşılaşdırması.

Vita-kolon-UVRəng  terapiyası (enerji potensiallarının fərdi bölüşdürülməsi).

Vita-kolon-UVOksigen çatışmamazlığı imkanı

Vita-kolon-UVİnteqrativ təmizlənmə sistemi



          Vita-colon-UV terapiyası aşağıdakı xəstəliklər üçün göstərişdir:









Vita-kolon-UVMeteorizm

Vita-kolon-UVQəbizlik

Vita-kolon-UVDiarreya

Vita-kolon-UVBağırsaq atoniyası

Vita-kolon-UVBağırsaqda divertikul

Vita-kolon-UVXroniki yorğunluq

Vita-kolon-UVArtıq çəki

Vita-kolon-UVİntensial mikozlar

Vita-kolon-UVApatiya

Vita-kolon-UVDepressiya

Vita-kolon-UVMiqren

Vita-kolon-UVRevmatizm

Vita-kolon-UVDermatozlar

Vita-kolon-UVXroniki infeksiyalar

Vita-kolon-UVİmmun  sistemin zəifliyi

Vita-kolon-UVHemorroy

Vita-kolon-UVParazitar xəstəliklər

Vita-kolon-UVAllergiyalar

Vita-kolon-UVAğ ciyər xəstəlikləri

Vita-kolon-UVHipo/Hipertoniya

     Kəskin bağırsaq iltihabı, ağır ürək xəstəlikləri, hamiləlik, qastrointestinal  qanaxmalar zamanı və bağırsaqların cərrahiyyə əməliyyatından az vaxt keçəndən sonra Vita-colon-UV terapiyası əks göstəriş sayılır.