Insan ətraf mühitdən gələn informasiyanın 90%-ni göz vasitəsi ilə qəbul edir. Göz xəstəlikləri içərisində isə zəifgörmənin daha geniş yayılması dünya miqyasında artıq epidemiya xarakteri almaqdadır. Ümumdünya Səhiyyə Təşkilatınan məlumatına görə yer kürəsində hər dörd insandan biri, yəni 800 milyon nəfər zəifgörmədən əziyyət çəkir. 135 milyon inzsanın görmə qabiliyyətində isə daha ciddi problemlər var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu təhlükənin qarşısı alınmasa, həmin rəqəm 2020-ci ildə 2 dəfə arta bilər. Buna səbəb olan amillərdən biri və birincisi məktəblilər və tələbələr arasında sonradan qazanılmış yaxıngörmədir. Təsəvvür edin ki, biz 6 yaşlı uşaqları hər gün 8 saat ərzində yaxın məsafədən təlimə məcbur edirik. Bu proses isə illər uzunu davam edir. Nəticədə isə uşağın tam formalaşmamış görməsi məcburi yaxın məsafəyə fokusirovka olunur. əzələlər belə vəziyyətə alışır və artıq vərdişə çevrilir. Belə olan halda isə uzaqgörmənin formalaşması zəifləyir. Müqayisə üçün qeyd edək ki, sivilizasiyadan uzaq millətlərin uşaq və yeniyetmələri uzaq məsafəyə təlim olunur ki, bu da ehtiyacdan irəli gəlir. Çünki hər bir insan ovçuluq qabiliyyətinə malik olmalıdır. Müasir statistik məlumatlara əsasən, ABŞ və Avropa ölkələrində tələbələrin – 25-30%, Sinqapurda və Yaponiyada isə – 85-90% miopiyadan əziyyət çəkir. Azərbaycanda bu problem aktuallığına görə Avropadan geri qalmır.
   Bu rəqəmlərlə tanış olduqdan sonra insanın görmə qabiliyyətinin bərpa edilməsinin nə dərəcədə aktual olduğu anlaşılır. Təəssüf ki, bu sahədə mütəxəssislərin əksəriyyəti çıxış yolunu yalnız eynək taxmaqda və ya cərrahi müdaxilədə görür. Bu problemin dərindən araşdırılmasına hələ XX əsrin əvvəllərindən başlanmışdır. Görmənin yaxşılaşdırılması və profilaktikası istiqamətinin bünövrəsini amerika oftalmoqu Uilyam Horasio Beyts qoymuşdur. Sonralar belə bir hərəkatın adı da elə onun şərəfinə “beytsizm” adlandırılmışdır.
   “Ömür” klinikasının mütəxəssisləri bu sahədə toplanmış təcrübəyə və qədim yoqa mədəniyyətinə əsaslanaraq Yoqa-oftalmologiya kimi effektli müalicə metodunu yaradıblar. Onların fikrincə, yaşından asılı olmayaraq gözün görmə qabiliyyətini bərpa etmək mümkündür. Əsas amil insanın yaşı yox, anomal refraksiyalarına səbəb olan qeyri-düzgün görmə vərdişlərinin yaranmasıdır. 100 ildən artıqdır ki, həkimlər sivilizasiyanın orqanizmə, xüsusilə də gözə etdiyi məhvedici təsirinin qarşısını almağa çalışırlar. Yaşa dolduqca insanın daha çox mənfi vərdişləri formalaşır ki, bunun da orqanizmin ümumi vəziyyətinə, əsasən görmə qabiliyyətinə çox böyük təsiri var. 40 yaşından sonra əksəriyyətimizin sağlamlığına hipodinamiya, qeyri-düzgün qida qəbulu və s. kimi amillər mənfi təsir göstərir. Bundan başqa, yaşa dolduqca, psixi gərginlik və depressiya ilə mübarizə aparmaq daha da çətinləşir.
   Yoqa-oftalmologiya ilə məşğul olduqda bütün yaş mənsubları müsbət nəticəni hiss edirlər, lakin kiçik yaşlı uşaqlarada bu nəticə özünü daha qabarıq bürüzə verir. Əgər onlar 16 yaşa çatmayıblarsa və heç vaxt eynək taxmayıblarsa, müalicə prosesi daha az vaxt aparır.
   Çoxları üçün bu müalicə üsulu anlaşılmazdır. Hətta adının məntiqsiz olduğunu iddia edənlər də var. Əslində isə yoqa-oftalmologiyanın məqsədi ənənəvi üsullardan uzaq olan təbii yollarla insanın görmə qabiliyyətini bərpa etməkdir. Yoqa terapiyadan miopiya, hipermetropiya, astiqmatizm, ambliopiya, nistaqm, çəpgözlük və s. xəstəliklərin müalicəsində istifadə olunur.
   Yoqa-oftalmologiyanın tətbiqi zamanı trataka (fiziki yoqa), pranayama (tənəffüs yoqası), siqun terapiyası, ştatsu dao və s. elementlərdən istifadə olunur. Bununla yanaşı refleksoterapiya, ozonoterapiya, qammaterapiya, masajın müxtəlif növləri, hirudoterapiya, mübadilə prosesini bərpa edən eliksiroterapiya və s. müalicə üsullarından da paralel istifadə oluna bilər. Hər bir xəsətəyə fərdi müayinə və müalicə planı tətbiq edilir. Müalicə kursu 15 gündən 1 ay müddətinə qədər davam edir. Yoqa-terapiya ilə müalicənin məğzi göz almasının daxilində və xaricində yerləşən əzələlərin spazm və gərginliyini aradan qaldırmaq, eyni zamanda göz alması qişalarının və görmə sinirinin oksigen və qan təchizatını yaxşılaşdırmaqdır. Bu, orqanizmin möhkəmləndirilməsi və sağlamlığın bərpasına yönəldilən bir metoddur ki, bu da nəticədə görmə funksiyasının yaxşılaşdırılmasına gətirib çıxarır.
   “Ömür” klinikasında tədbiq edilən bu üsulun əsasında eyni adlı mərkəz yaradılıb. Onun iş prinsipi klinikada göstərilən tibbi xidmətin inteqrativ olmasını əks etdirir. Əvvəla, gözlə bağlı şikayəti olan pasientlərin yalnız bu sahəyə aid müayinələrdən deyil, həm də ümumi qəbul olunmuş “minimum müayinə paketi”nə daxil olan müayinələrdən keçməsi tövsiyə olunur. Beləliklə, orqanizmdə baş verən bütün metabolik pozuntular aşkarlanıb aradan qaldırılır.
   Yoqa-oftalmologiya mərkəzində geniş tətbiq olan müayinə üsulu iridodiaqnostika (“iris” – yunanca qüzehli qişa deməkdir) isə yuxarıda qeyd olunan “minimum müayinə paketi”nə daxildir. Bu metod vasitəsilə gözün qüzehli qişasında baş verən dəyişikliklər öyrənilir və onların əsasında başqa orqan və sistemlərdə baş verən patoloji dəyişikliklərə diaqnoz qoyulur. Istər genetik, istərsə də morfoloji və fizioloji olaraq, qüzehli qişa baş beynin fəal avanpostu hesab edilir. Bir tərəfdən işıq, o biri tərəfdən isə daxili orqanlardan gələn patoloji impulsların təsiri altında qüzehli qişanın toxumasında ümumi və lokal dəyişikliklər baş verir. Iridoqrammada (qüzehli qişanın fotoşəkli) bu dəyişikliklər çuxur, xal, ləkə, halqa şəklində izlənilir. Hər bir orqan və sistemə müvafiq olaraq qişanın üzərində saatın siferblatına bənzər sektorlara bölünmüş hissələr görünür. Maraqlı burasıdır ki, sağ qüzehli qişa bədənin sağ tərəfinə, sol isə - sol tərəfinə müvafiqdir.
   Müayinənin ən müasir aparatlar vasitəsilə aparılması qüzehli qişanın öyrənilməyin və bununla bütün orqanizmin nə dərəcədə sağlam olmasının qiymətləndirilməyinə söykənir. Bu üsulun isə çox qədim tarixi var. Bəzi mütəxəssislər hətta onun 5000-7000 illik tarixə malik olduğunu iddia edirlər. Diaqnostika zamanı irisin Hippokrat və Filostrat tərəfindən aparılan təsvirlərinə istinad olunur. Qüzehli qişaya əsaslanan diaqnostika ilə dərindən məşqul olan Misir fironu Tutanxomonun baş Kahini Əl-Aks irisin fotoşəklini çəkməyin sirrlərini bilirmiş. Tutanxomonun ehramında gözün təsviri olan bir neçə plastinka aşkar olunmuşdu. Onlar Misir hökmdarının çox xəstə olmasını sübüt edir. Ədəbiyyatdan məlumdur ki, qədim Azərbaycanda mal-qaranın sağlamlığına onların gözlərini müayinə etdikdən sonra rəy verilirdi.
   Müasir anlamda iridodiaqnostikanın yaranması XIX əsrin ortalarına təsadüf edir və macar həkimi İqnats Peyskelinin adı ilə bağlıdır. Bu metodika XX əsrin ortalarından məhşurlaşmağa başlamışdır. Hazırda Fransa, ABŞ, Almaniya kimi ölkələrdə iridoloqlar cəmiyyətləri fəaliyyət göstərir. Etlingen şəhərində (Almaniya) iridologiya sahəsində fundamental araşdırmalar institutu açılıb ki, artıq 30 ildir ona Vid et Deck rəhbərlik edir.
   Azərbaycanda iridodiaqnostikanın tərtibi Akademik Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Onun rus alimi Velxoverlə birlikdə bir neçə elmi işi də dərc olunmuşdur.
   Qüzehli qişanın üzərində orqanların ilk topoqrafik sxemi İqnats Peyskeli tərəfindən işlənmişdir. Bu gün dünyada 40-a yaxın belə sxem mövcuddur. “Ömür” klinikasının Yoqa-oftalmoıogiya mərkəzinin mütəxəssisləri daha çox İensen və Günterin sxemlərindən istifadə edirlər.
   Iridodiaqnostika iki hissədən ibarətdir: iridoskopiya – irisin baxışı; və iridoqrafiya – irisin fotoşəklinin çəkilməsi. Iridoskopiyanın üstünlüyü müayinənin çox sadə, qeyri-invaziv, təhlükəsiz və cavabın müayinədən dərhal sonra verilməsindədir. Iridoqrafiyadan sonra isə rəngli slaydların geniş öyrənilib araşdırılmsı mümkündür. Bu isə xəstənin dinamikasını izləməyə imkan verir.
   “Ömür” klinikasının Yoqa-oftalmologiya mərkəzinin fəaliyyəti bir daha sübüt edir ki, gözün hər-hansı patologiyasının müalicəsində konservativ imkanlardan sonadək istifadə edilməsi zəruridir. Bundan başqa, hətta yalnız gözündən şikayət edən insanın bütövlükdə müayinə edilib, aşkar olunmuş pozğunluqları paralel aradan qaldırılarsa, əldə edilmiş nəticə mütləq və uzunmüddətli olar.